Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:07

Bu il Putin Lenini dəfn edəcək, ya yox?


Moskva, Movzoleydə Lenin nəşi,30 oktyabr 1993
Moskva, Movzoleydə Lenin nəşi,30 oktyabr 1993

“Currenttime TV”nin məqaləsi belə adlanır

Hətta epatajı sevən Vladimir Jirinovskinin Putinin əlindən “Vətən qarşısında xidmətlərinə görə” ordenini alarkən, əlini göyə qaldırıb dedikləri şit görünmüşdü: "Allah çarı qoru! Bizim şərəfimiz üçün hökmranlıq et! Pravoslav Çar, düşmənlərimizin bizdən qorxması üçün çarlıq et! Allah, özün Çarı qoru!”.

Videoyazıda Putinin reaksiyası görünmür. Təltifetmə mərasimi sentyabrın 22-də - “Vahid Rusiya” partiyası öz tarixində Duma seçkilərindəki ən yüksək nəticəni əldə edəndən 4 gün sonra baş vermişdi. Partiyanın parlamentə nəzarəti ona Konstitusiyanı dəyişmək imkanı yaradıb. “Vahid Rusiya”, məsələn, prezident səlahiyyətləri ilə bağlı zaman məhdudiyyətini aradan qaldıraraq Putinə ömürlük hakimiyyətdə qalmaq imkanı verə bilər.

Rusiya Duması
Rusiya Duması

Putinin rus çarı obrazı

Səsləndirilən imperiya himnini Jirinovskinin bədahətən söylədiyini, yoxsa Kremlin istəyi ilə səsləndirdiyini demək çətindir. Amma bu hal Putinin 17 ildir həvəslə oynamağa çalışdığı rus çarı obrazı ilə gözəl uyğunlaşır. Belə cəhdlər Kreml rəhbərinin həm strateji planlarında, həm də ayrı-ayrı detallarda nəzərə çarpır: Kremlin dəbdəbəli interyerlərindən, Soçidəki iqamətgahdan tutmuş gözlənilməz fərmanlara və işdən azadetmələrədək. Putin rusiyalıların tək ümidi sifətində görünmək istəyir və bu məsələdə daşqəlbli oliqarxlardan, etinasız bürokratlardan fərqlənməyə çalışır.

Xarici siyasətdə də Putinin özünəinamı çarlara xas şəkildədir. Özəllliklə üçüncü müddət prezidentliyi dövründə. Krımın işğalı tarixi ədalətin bərpası və ikinci Yekaterinanın uğurlarınıngeridönüşü kimi qələmə verildi. Qərb liderlərinə meydan oxundu: Rusiya öz nüfuz dairəsini nəinki Avropada, həm də ondan kənarda gücləndirdi.

Amma Putinin çar obrazında bir qüsurunu gizlətmək çətindir. Kremlin divarları yanında, “Qızıl Meydan”dakıı mavzoleydə Leninin balzamlaşdırılmış nəşi var. Bu mavzoley çarlardan Putinə doğru olan düz yolun qarşısında sədd çəkib. Rusiya prezidenti sovet dönəmində Leninin adını daşıyan şəhərdə doğulub və 16 il DTK-da çalışıb. 9 may qələbə paradında da Leninlə çar Putin obrazları uyğunlaşmır, bu səbəbdən, mavzoleyi dekorasiyaların arxasında gizlətməli olurlar. Prezidentsə sovet tarixinin başlıca hadisəsi - faşizm üzərində qələbə barədə təntənəli nitqlə çıxış edir.

Putin, Yeni il təbriki zamanı, 2017
Putin, Yeni il təbriki zamanı, 2017

Putin hansı Rusiyanı örnək model götürüb?

Yeni Rusiyanı yaradarkən, Putin həm çar Rusiyasından, həm də sovet dönəmindən yararlanır. Onu tez-tez sovet dönəminə qayıtmaqda, hətta öz hakimiyyətini möhkəmlətmək üçün stalinçi üsullardan istifadədə tənqid edirlər. Amma o öz obrazını qısamüddətli və ziddiyyətli sovet təcrübəsindən daha çox Rusiya monarxiyasının uzunmüddətli tarixinə bağlamağa can atır. Üstəlik, sovet hakimiyyətinin 70 illik sərt tarixi inqilabla başlanıb. Putinsə inqilabı rejiminə başlıca təhlükə sayır.

“Artıq neçə ildir ki, örnək model kimi sovet dönəmini deyil, çar Rusiyasını əsas götürmək gərəkdiyi fikri aşılanır”, - Praqadakı Beynəlxalq Münasibətlər İnstitutunun siyasi analitiki Mark Qaleotti belə deyir. “Mən soruşmaq istərdim, Putin SSRİ-nin dağılmasını XX əsrin fəlakəti adlandırırsa, nə vaxtsa 1917-ci il haqqında da bunları deyəcəkmi?”.

Lenini dəfn etmək fikri çoxdan səslənir. Öz praqmatikliyi ilə məşhur olan Putin də yəqin bu haqda çoxdan düşünür. Oktyabr inqilabının 100 illiyi məntiqi səbəb kimi çox uyğun görünə bilər. Bu, ən azından cəmiyyətə bir işarə olardı: inqilab – şərdir. Putin artıq Lenini “Rusiya adlı binanın altına atom bombası qoyduğu”na görə tənqid edib və bolşevik hakimiyyətini repressiyalarda suçlayıb.

Putinin inqilab xofu

Rusiya Kommunist partiyasının mitinqi, 7 noyabr 2016
Rusiya Kommunist partiyasının mitinqi, 7 noyabr 2016

Putin ötən ilin sonunda Federal Məclisə müraciətində bütün çevrilişlərinyalnız “insan fəlakəti, ölümlər, müflisləşmə və dağıntılar”la nəticələndiyini vurğulayaraq, inqilablar nəticəsində “Rusiyanın, demək olar, hər bir ailəsinə toxunmuş faciələrlə bazarlıq etməməyə” və ona təkrar cəhd göstərməməyə çağırıb.

Putinin inqilablar qarşısında qorxusu son 13 ildə xalq inqilabları nəticəsində 3 keçmiş sovet respublikası – Gürcüstan, Qırğızıstan və Ukraynadakı hakimiyyət dəyişikliyindən qaynaqlanır. Rusiya hakimiyyəti bu dəyişikliklərin arxasında ABŞ-ın durduğunu düşünür.

Analitiklərin fikrincə, Putin 2011-ci ilin dekabrında küçə mümayişlərindən bərk qorxub. Nümayişlər onun yenidən prezident postuna namizədliyini irəli sürmə qərarından və bu ərəfədə keçirilmiş parlement seçkilərindəki saxtalaşdırmalarla bağlı çoxsaylı məlumatlardan sonra başlanmışdı. Putin etirazlara səbrlə yanaşdı. O, 2012-ci ildə Kremlə qayıtdıqdan sonra təşkilatlanmaları dağıtmaq və etirazçılara divan tutmaq istiqamətində qəti addımlar atdı.

Putin 2018-ci ilin mayındakı növbəti prezident seçkilərinə hazırlaşır. Onun bu seçkilərdə də iştirakı və qələbə çalacağı gözlənilir. Amma daha sonrakı gələcəyi dumanlıdır. Konstitusiyaya görə, o, 2024-cü ildə - 71 yaşında üçüncü müddətə namizədliyini verə bilməz.

Seçkilərə bir neçə ay qalmış...

Seçkilərə bir neçə ay qalmış Leninin nəşinin dəfnini nəzarətdə saxlamaq çətin olacaq, axı siyasi proseslərə təkan verə bilər. Diğər tərəfdən, bu addım sovet keçmişi ilə bağlarını qıran bir rəhbər kimi, Putinin tarixi rolunu vurğulayardı.

Rusiya müxalifəti, "Ədalətli seçki uğrunda"
Rusiya müxalifəti, "Ədalətli seçki uğrunda"

Beləcə, 2024-cü ildən sonra da hakimiyyətdə qalmaq üçün Konstitusiyada dəyişikliklərə zəmin yaranardı. Putin ön səhnədə getməyə və Rusiyanın siyasi sistemində institutların rolunu artırmağa üstünlük verərsə, Lenindən qurtulma bundan ötrü simvolik təkan rolunu oynayardı.

Yeni ilin ilk günlərində Kreml düşərgəsinə daxil “Komsomolskaya pravda”nın müxbiri Dmitriy Smirnov öz “twitter” hesabında sorğu aparır: “Lenini basdırmaq lazımdırmı?”.

Amma rusklər də var. Leninin dəfni barədə çağırışlar elə SSRİ-nin süqutundan dərhal sonra səslənməyə başlamışdı. 2013-cü ildə “Levada-Mərkəz”in sorğusuna görə, rəyi soruşulan rusların yalnız 25 faizi Leninin Qızıl Meydanda qalmalı olduğunu deyib. Hərçənd, kremldəkilər hər zaman sovet xiffətiylə yaşayanları incitməkdən və parlamentdə ikinci çoxluğa malik kommunistləri qəzəbləndirməkdən ehtiyatlanıblar.

Bolşeviklər 1918-ci ildə güllələnən ikinci Nikolayın və ailəsinin dəfn olunduğu yeri açıqlamaqdan, çar ailəsinin əzabkeş və etiraz rəmzi kimi təqdim edilməsindən həmişə qorxublar. Postsovet rəhbərləri də Leninin nəşini mavzoleydən çıxarmaqla Kremlin solçu tənqidçilərinin əlinə əlavə arqument verməkdən çəkinirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG