Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

Putin ABŞ-ı hədələyir və Vaşinqtonla müzakirə istəyir


Vladimir Putin
Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın əsas nüvə silahları müqaviləsindən çıxması təhlükəsi məsələsini müzakirə etmək üçün ölkəsinin yüksək rütbəli hərbi komandanları ilə görüşüb. Vaşinqton Moskvanı 1987-ci il Ortaməznzilli Raketlərə dair Müqavilənin şərtlərini pozmaqda ittiham edib.

Putin noyabrın 19-da Moskvada, Müdafiə Nazirliyində keçirilən görüşdə deyib ki, “ABŞ-ın bu müqavilədən çıxması bizim tərəfimizdən cavabsız qalmayacaq”. O əlavə edib ki, Moskva bu məsələni Vaşinqtonla müzakirə etməyə hazırdır.

ABŞ prezidenti Donald Trump ötən ay bəyan edib ki, ölkəsini ingiliscə qısaldılmış adı INF olan 1987-ci il sazişindən çıxarmaq niyyətindədir. O Rusiyanın yeni bir raket tikməklə bu müqaviləni pozduğuna dair iddiaları əsas gətirib.

1987-ci il müqaviləsi iki ölkəyə 500 kilometrdən 5000 kilometrədək uçan raketlərin istehsalını, saxlanması və yerləşdirilməsini qadağan edir.

Rusiya bu iddiaları rədd edib və bildirib ki, əksinə ABŞ-ın Avropada yerləşdirdiyi raket sistemlərinin bəzi komponentləri sözü gedən sazişin müddəalarına ziddir.

2002-ci ildə ABŞ nüvə silahlarına dair başqa bir sazişdən – Antiballistik Raket Müqaviləsindən (ABM) çıxıb.

Putin noyabrın 19-da deyib ki, Moskva ABŞ-ın bu hərəkətinə istənilən raket sipərini yara biləcək yeni silahların istehsalı ilə cavab verib.

Rusiya lideri bundan əvvəl xəbərdarlıq etmişdi ki, ABŞ-ın INF müqaviləsindən çıxmaq niyyəti yeni “silahlanma yarışına” səbəb ola bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG