Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 22:08

Erdoğan-Putin görüşündən ‘çox mühüm’ qərarların gözləndiyi deyilir


Rusiya və Türkiyə prezidentləri Vladimir Putin (solda) və Recep Tayyip Erdoğan (Arxiv fotosu)
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin (solda) və Recep Tayyip Erdoğan (Arxiv fotosu)

Rəsmilər bildirirlər ki, sentyabrın 29-da Putin və Erdoğanın bir neçə təkbətək danışıqları nəzərdə tutulub

Rusiya və Türkiyə prezidentləri sentyabrın 29-da Suriyanın şimal-qərbində yenidən baş qaldırmış zorakılğa son qoyulması məsələsini müzakirə edəcəklər.

Reuters agentliyinin xəbərində deyilir ki, Vladimir PutinRecep Tayyip Erdoğanın görüşündə Moskvanın Ankaraya müdafiə sistemləri satışının genişləndirməsi məsələsinin müzakirə olunacağı da istisna edilmir.

Putin Erdoğanı Rusiyanın Qara dəniz sahilindəki kurort şəhəri Soçidə qəbul edəcək.

Reuters yazır ki, böyük bir ehtimalla bu görüşdə Erdoğan Suriyada ötən il razılaşdırılmış atəşkəsə qayıdılması üçün Putini yola gətirməyə çalışacaq.

Bu atəşkəs razılaşması Rusiya və Suriya hərbi qüvvələrinin Türkiyənin İdlib qəzasında dəstək verdiyi silahlı qruplaşmalara qarşı hava zərbələrini dayandırmışdı.

O vaxt atəşkəs çox böyük hərbi eskalasiyanın qarşısını almışdı, lakin indi prezident Bəşər əl-Əsəd rejiminə qarşı müxalifətin son istehkamı olan İdlib qəzası Rusiyanın aviasiya zərbələrinə məruz qalır.

Türkiyənin müdafiə naziri Hulusi Akar bu barədə jurnalistlərə deyib:

"Biz Rusiya ilə əldə olunmuş razılaşmanın prinsiplərinə əməl edirik. Biz qarşı tərəfin də öz öhdəliklərinə əməl etməsini gözləyirik”.

Köhnə atəşkəsi dirçəltmək

Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, hazırda Rusiya hərbi polisinin iştirakı ilə birgə patrul keşiyi də daxil, Türkiyə-Rusiya razılaşmasının tətbiq olunması işi davam etdirilir.

Nazirlik İdlib qəzasına sığınmış islamçı birliklərin ətraf bölgələri ağır silahlardan atəşə tutduqlarını bildirir.

Moskva bildirir ki, Suriyadakı Rusiya qoşunları bu ölkəyə hökumətin rəsmi dəvəti əsasında gəlib.

Rusiya tərəfi bəyan edir ki, Suriyada başqa hərbi qüvvələrin olması bu ölkənin ərazi bütövlüyünün bərpası və iqtisadiyyatının yenidən qurulması səylərinə əngəl törədir.

Türkiyə Suriyanın şimal bölgələrinə minlərlə hərbçi göndərib və Suriya prezidenti Bəşər əl-Əsədə qarşı döyüşən qiyamçıları dəstəkləyir.

Moskva bu qarşıdurmada Əsəd rejiminin əsas müttəfiqidir.

Ötən ilin martında Türkiyə hərbi hava və quru qoşunları Rusiya və Suriya hökumət qoşunlarının İdlibə hücumunun qarşısını almışdı.

Bu qarşıdurma nəticəsində 1 milyionadək dinc sakin didərgin düşmüş, Moskva və Ankara isə açıq hərbi toqquşma həddinə çatmışdılar.

Erdogan:Türkiyə Rusiyadan yeni S-400 raketləri alacaq
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

Təkbətək

Türkiyənin üç rəsmisi Reuters agentliyinə bildirib ki, Putin-Erdoğan görüşünün gündəliyində əsas mövzu Suriya olacaq.

Rəsmilər bildirirlər ki, sentyabrın 29-da Putin və Erdoğanın bir neçə təkbətək danışıqları nəzərdə tutulub.

Türkiyə rəsmiləri deyirlər ki, bu görüş zamanı çox mühüm qərarların qəbul olunması lazım gələ bilə bilər.

Kreml bildirir ki, iki lider habelə Əfqanıstandakı vəziyyəti, ölkələri arasında iqtisadi əlaqələri və regional məsələləri müzakirə edəcək.

Reuters yazır ki, Suriya, Liviya və Dağlıq Qarabağda opponent olan bu iki ölkə bir çox başqa sahələrdə sıx partnyorluğa malikdir.

NATO üzvü olan Türkiyə 2019-cu ildə Rusiyadan S-400 raket müdafiə sistemi almaqla müttəfiqlərinin, ilk növbədə ABŞ-ın hiddətinə səbəb olmuşdu.

Vaşinqton Ankaranın Rusiyadan aldığı S-400 sistemindən imtina etməsini istəyir.

Lakin Erdoğan ötən həftə, əksinə, işarə edib ki, Türkiyə Rusiyadan S-400 sisteminin ikinci dəstini almaq niyyətindədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG