Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 07:28

Putinin sözçüsü: 'Fəallar xüsusi xidmətlərin bildiklərini bilə bilməzlər'


Vladimir Putin (sağda) və onun mətbuat katibi Dmitry Peskov.

Rusiya prezidentinin mətbuat katibi Dmitry Peskov ABŞ-ın ABC News televiziya kanalına müsahibə verib. "Nastoyasheye Vremya" portalı Kreml sözçüsünün müsahibəsinin əsas məqamlarını dərc edib.

“BU, ADİ PRAKTİKADIR”

Aleksei Navalny-nın Korrupsiya ilə Mübarizə Fondunun Rusiyanın baş naziri Dmitry Medvedevin iddia olunan sərvəti ilə bağlı araşdırmasına Peskov belə münasibət bildirib:

"Dövlətə işləyən hər kəs, hamımız hər il xüsusi xidmətlərə gəlirlərimiz və xərclərimiz barədə bəyannamə təqdim edirik. Onlar bu bəyannamələri dönə-dönə yoxlayırlar. Ona görə də bəzən mətbuatda, müxtəlif fəalların bəyanatlarında çıxan populist ittihamlar həqiqətə uyğun deyil. Çünki fəallar, sadəcə olaraq, xüsusi xidmətlərin bildiklərini bilə bilməzlər".

Buna da bax:​ Kreml Fillon-un vasitəçilik xəbərini rədd edir

Dmitry Peskov ötən həftə Rusiyada keçirilmiş korrupsiyaya etiraz aksiyalarından da danışıb:

"Korrupsiya ilə mübarizə – bu problemdir. ...Vətəndaş cəmiyyəti buna tamamilə dözümsüzdür. Ona görə də, bəli, ötən həftə ölkəmizin müxtəlif şəhərlərində müəyyən etirazlar baş verib.

Moskvada keçirilən aksiya qanunsuz idi. Əlbəttə, bu, qanunsuz aksiyada iştirak edən insanların etirazlarına səbəb oldu. Bu, istənilən ölkədə adi praktikadır. Biz bütün dünyada, paytaxtlarda ... çoxlu aksiyalar və çoxlu həbslər görürük…"

Buna da bax:​ Putin ölkədəki etiraz aksiyalarını "Maydan" və "Ərəb baharı" ilə müqaisə edib

“CƏNAB PUTİN-İN DODAQLARINDAN OXUSUNLAR”

Kreml sözçüsü Rusiya Dövlət Dumasının keçmiş deputatı, Ukraynaya pənah aparmış Denis Voronenkovun öldürülməsi haqda suala belə cavab verib:

"Bu, əsl faciədir. Vətənini tərk edib Kiyevə köçmək qərarına gələn insan, təəssüf ki, millətçi və ultra elementlərin rolunun get-gedə daha çox dominant olduğu ölkəyə və şəhərə düşüb".

Dmitry Peskov Kremlin ABŞ-da prezident seçkilərinə müdaxilə etməsinə dair iddialarla bağlı bunları deyib:

"Biz Rusiyanın bu və ya digər üsulla Birləşmiş Ştatların daxili siyasətinə qarışdığını təkidlə iddia edən hər kəsə bir daha deyirik. Biz onlara deyirik ki, cənab Putin-in dodaqlarından oxusunlar - heç bir müdaxilə olmayıb".

Buna da bax:​ Kremlin qorxduğu gənc nəsil

“SƏFİRİMİZ CASUS DEYİL”

Amerika məmurlarının ABŞ-dakı Rusiya səfiri ilə görüşləri barədə suala cavab olaraq Kreml rəsmisi deyib:

"Bilirsiniz səfirin işi nədən ibarətdir? Siyasi isteblişmentdə mümkün qədər çox əlaqələrə malik olmaqdan. … Bizim Vaşinqtondakı səfirimiz öz işini yüz faiz görür. O, çox gözəl diplomatdır, ancaq o, casus deyil. … Biz kimin nə deməli olduğunu bilmək istəmirik. Kimin hansı əlaqəni üzə çıxarmasını bilmək istəmirik. Bu, bizim işimiz deyil. Ancaq Rusiya səfiri və ya Rusiya nümayəndələri ilə bu və ya digər sahədə əlaqələrə malik olmaq Amerikanın daxili işlərinə müdaxilə demək deyil".

Buna da bax:​ Rusiyalıların əksəriyyəti korrupsiyaya görə Putini “məsul” sayır

Dmitry Peskov Rusiya – ABŞ münasibətlərinin yaxşılaşacağına ümidini bildirib:

"Bəli, bu münasibətlər ən aşağı səviyyədədir. … Bizim üçün belə pis münasibətlərə malik olmaq çox təhlükəlidir. Ancaq durumun yaxşılaşacağına ümid edirik və daha yaxşı vəziyyətə hazırıq. … Yeni soyuq müharibə daha pis ola bilər. Vaşinqtondakı hazırkı prezident administrasiyasının fəaliyyətini nəzərə alsaq, bu, hətta daha pis ola bilər".

Günün bütün mövzuları

XS
SM
MD
LG