Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:32

Putin deyib ki, ABŞ Rusiyadakı diplomatik heyətini 755 nəfər ixtisar etməlidir


İki ölkə arasında ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları ilə daha da güclənmiş qarşıdurma əsnasında prezident Vladimir Putin bəyan edib ki, Birləşmiş Ştatların Rusiyadakı diplomatik heyəti 755 nəfər ixtisar edilməlidir.

İyulun 30-da Rusiya dövlət televiziyasına müsahibəsində Putin deyib ki, hazırda Rusiyada mindən çox ABŞ diplomatı və “köməkçi heyət” çalışır və bunlardan 755 nəfərinin fəaliyyəti dayandırılmalıdır.

Moskva Rusiyadakı ABŞ diplomatik kontingentinin sayca ixtisar edilməsi barədə qərarı Konqres Rusiyaya qarşı əlavə sanksiyalar qoyan qanunu qəbul etdikdən və imzalanma üçün prezident Trump-a göndərdikdən sonra qəbul edib.

AzadlıqRadiosu yazır ki, Rusiyanın belə cavabı Vaşiqnton və Moskva arasında Rusiyanın Ukraynadakı təcavüzü ilə bağlı pisləşmiş münasibətlərində daha böyük gərginlik yaradacaq. İki ölkə arasında münasibətləri həm də Rusiyanın Suriyadakı hərbi fəaliyyəti və iddialara görə Moskvanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsi tarıma çəkib.

Rusiya isə öz növbəsində israr edir ki, ABŞ onu öz sanksiyaları ilə “qanunsuz” şəkildə təcrid etməyə çalışır.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Konqresdə yeni sanksiyalar qanununun qəbulu ABŞ-ın beynəlxalq məsələlərdə “ifrat təcavüzkarlığını” nümayiş etdirib.

Putinin bəyanatı isə Ağ Ev prezident Trump-ın Rusiyaya qarşı sanksiyaları ehtiva edən qanunu imzalayacağını bildirəndən iki sonra səslənib.

ABŞ vise-prezidenti Mike Pence iyulun 30-da işgüzar səfərdə olduğu Estoniyada Fox News telekanalına müsahibəsində deyib ki, Trump “çox tez bir zamanda sanksiyaları imzalayacağı barədə aydın bəyanat verib”.

Bununla belə, vise-prezidemt əlavə edib ki, “biz Rusiyanın öz davranışını dəyişməli olduğu barədə də aydın bəyanatlar vermişik”.

Bundan əvvəl Rusiya XİN bildirmişdi ki, ABŞ özünün bu ölkədəki diplomatik heyətinin sayını sentyabr ayınadək 455 nəfər ixtisar etməlidir.

Nazirlik bildirmişdi ki, Barack Obama ötən dekabrda 35 Rusiya diplomatını ABŞ-dan çıxardıqdan sonra Amerikada məhz bu sayda rusiyalı diplomat qalıb.

Lakin göründüyü kimi Putin iyulun 30-da ABŞ diplomatik kontingentinin 755 nəfər ixtisar olunmasına sərəncam verib. Amma bu da qeyd edilir ki, burada söhbət ümumilikdə diplomatik və köməkçi heyətdən gedir və fəaliyyətinə son qoyulanların heç də hamısı ABŞ vətəndaşları deyil.

Rusiya XİN bunu da bəyan edib ki, Birləşmiş Ştatların Moskvadakı anbardan və Serebryannı Bor ərazisindəki “diplomatik daçadan” istifadə etməsi avqustun 1-dən qadağan olunacaq.

Rusiya telekanalının tanınmış aparıcısı Vladimir Solovyova verdiyi müsahibədə Vladimir Putin deyib ki, “biz münasibətlərin yaxşıya doğru dəyişməsi üçün xeyli müddət gözləmişdik”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG