Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:50

Putin ABŞ-ın Moskvanın seçki müdaxiləsindən narahatlığını ‘gülünc’ adlandırıb


Rusiya prezidenti Vladimir Putin deyib ki, Vaşinqtonun Moskvanın 2020-ci il ABŞ prezident seçkisinə müdaxilə cəhdi edəcəyini düşünməsi “gülüncdür”.

Halbuki ABŞ kəşfiyyatının gəldiyi qənaətə görə Rusiya 2016-cı il ABŞ prezident seçkisinə müdaxilə edib.

Putin oktyabrın 2-də Moskvada keçirilən Rusiya Enerji Həftəsi forumunun iclasında deyib ki, ABŞ xüsusi prokuroru Robert Mueller Moskvanı 2016-cı il seçkisinə müdaxilədə ittiham edib və “bizim gələcəkdə də sövdələşməyə girəcəyimizdən narahatlığını” bildirib:

“Bu gülməlidir. Əslində bu, kədərli olmasaydı, çox gülməli görünərdi”.

Burası da var ki, Mueller aprel ayında dərc etdiyi hesabatda ABŞ kəşfiyyatının Rusiyanın seçkiyə müdaxiləsinə dair qənaətini qəbul etmiş, amma Trump və onun komandasının Rusiya rəsmiləri ilə sövdələşməyə girərək cinayət törətdiyinə dair kifayət qədər sübutların olmadığını bildirmişdi.

Mueller, bir çox demokratlar və respublıikaçılar, habelə təhlükəsizlik rəsmiləri xəbərdarlıq etmişdilər ki, Rusiya ABŞ-ın siyasi prosesinə müdaxiləni davam etdirir və 2020-ci il seçkisinə müdaxiləyə hazırlaşır.

Özünün geniş çıxşında Putin deyib ki, Qərbdən Ukraynaya qarşı təcavüzə və xarici seçkilərə müdaxiləyə görə Rusiya üzərinə qoyulmuş sanksiyaların qaldırılmasını istəməyəcək:

"Yox, mən heç vaxt heç kəsdən bunu etməyi rica etməmişəm və heç vaxt etməyəcəyəm”.

Putin əlavə edib ki, onun kimdənsə sanksiyaların yumşaldılmasını rica etməsinin faydasız olduğuna inanır, çünki bu, yalnız hər iki tərəf belə addımın faydalı olacağını dərk edəndə baş verə bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG