Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 17:46

Prokurorluğun 6 əməkdaşı işdən xaric edilib


Zakir Qaralov
Zakir Qaralov

Bu ilin 6 ayında ölkədə 14 min 251 cinayət qeydə alınıb. Həmin cinayətlərin 85 faizdən çoxu az ağır, 14.4 faizi ağır olub.

Baş prokuror Zakir Qaralov iyulun 30-da prokurorluqda keçirilən müşavirədə belə deyib.

APA-nın xəbərinə görə, baş prokuror bildirib ki, əvvəlki illərlə müqayisədə qəsdən adam öldürmə, zorlama, xuliqanlıq kimi cinayətlərdən zərər çəkənlərin sayı azalıb. Adam oğurluğu, zorlama, seksual xarakterli zorakılıq cinayətlərinin açılması tam təmin edilib.

CİNAYƏTLƏRİN AÇILMA FAİZİ

Yarımildə baş verən 87 qəsdən adam öldürmə cinayətlərindən 85-nin isti izlərlə açılmasının təmin olunduğu qeyd edilir. Belə cinayətlərin 97.7 faizinin açıldığı bildirilir. Əvvəlki ildə bu göstərici 98.9 faiz təşkil edib.

Baş prokuror həmçinin, yarımildə vəzifə saxtakarlığı, mənimsəmə və s. faktlar üzrə 143 şəxs barəsində 100 cinayət işinin məhkəmələrə göndərildiyini bildirib. Məhkəmələrə göndərilmiş cinayət işlərində 9 milyon 785 min manat ziyandan bəhs edilir. Bunun da 3 milyon 151 min manatının istintaq müddətində ödənildiyi vurğulanır.

MƏSULİYYƏTƏ CƏLB EDİLƏN PROKURORLAR

Müşavirədə müxtəlif xətalar törətdiklərinə görə 19 prokurorluq əməkdaşının intizam məsuliyyətinə cəlb edildiyi, onlardan 6-sının prokurorluq orqanlarından xaric olunduğu bildirilib. Xidməti və əmək intizamına riayət etmədiyi iddiası ilə Masallı Prokurorluğunun böyük müstəntiqi Elmar Əhmədli barəsində cinayət işi başlanıb. Eyni pozuntulara yol verdiyi deyilən Bakı Şəhər Prokurorluğunun idarə prokuroru Samir Nəsirov həbs edilib.

Müstəqil ekspertlər cinayətkarlığa dair rəsmi statistikaya bir qədər şübhə ilə yanaşırlar. Onlar deyirlər ki, Azərbaycanda bəzi cinayətlər qeydə alınmadığından, ümumilikdə cinayətlərin açılma faizi yüksək göstərilir. Üstəlik, onların fikrincə, dövlətin əmlakını mənimsəyən bir çox məmurlar, bir qayda olaraq, məsuliyyətdən kənarda qalırlar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG