Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

'Yaxşılığın əvəzi' - Prezident ona vəzifə verdi


Fransa prezidenti Emmanuel Macron
Fransa prezidenti Emmanuel Macron

«Parisdə iki gün» (Two Days in Paris) (2007), «Poliss» (Polisse) (2011) və «Toxunulmazlar» (Untouchables) (2011) kimi kassa hitinə çevrilmiş filmlərin prodüserlərindən olmuş Dominique Boutonnat Fransa Milli Kino Şurasının (CNC) rəhbəri təyin olunub.

Hökumətə tabe olan, Fransa Mədəniyyət Nazirliyinin bir hissəsi sayılan bu qurum kino və televiziya subsidiyalarının ayrılmasında əsas rol oynayır. Qurum həmçinin, yerli kino sənayesində qaydaların tənzimlənməsi ilə məşğul olur.

Boutonnat-nın sələfi Frédérique Bredin CNC-ni iyulun əvvəllərində, prezidentliyinin ikinci müddətinin bitməsinə bir neçə gün qalmış tərk edib. Nəticədə CNC 70 illik tarixində ilk dəfə prezidentsiz qalıb.

Yaxşılığın əvəzini qaytarmaq

Frédérique Bredin-ın qəfil istefası hökumətin ölkənin uğurlu və səxavətli kino maliyyələşdirmə sisteminə dəyişiklik etmək niyyəti ilə bağlı olub.

CNC-nin prezidentliyinə namizədliyi ərəfəsində Boutonnat geniş etirazların hədəfinə çevrilib. Fransalı prodüser və kinematoqrafçılar onun ölkə prezidenti Emmanuel Macron-a çox yaxın olduğunu düşünürlər. 70-dən çox kino xadimi, o cümlədən Jacques Audiard, Emmanuelle Bercot, Michel Hazanavicius, Arnaud Desplechin və Bertrand Tavernier Macron-a göndərilən məktubu imzalayıb. Məktubda onlar Boutonnat-nın təyinatına etiraz etdiklərini bildiriblər.

Dominique Bouttonat həm də prezident Macron-nun 2017-ci il namizədlik kampaniyasını maliyyələşdirib.

70-dən çox kino xadiminin imzaladığı etiraz məktubunda deyilir ki, Boutonnat-nın təyinatı Macron-un seçki kampaniyası zamanı ona edilmiş yaxşılığın əvəzini qaytarması kimi görünür. Məktubda digər namizədlərin ciddi nəzərdən keçirilmədiyi bildirilir. Bundan başqa qeyd olunur ki, bu yaxşılığın əvəzi artıq Macron hökumətinin 2018-ci ildə Boutonnat-ya məxsus Ciné Axe şirkətini təsdiqləməsi ilə ödənib. Bouttonat-nın həmtəsisçisi və prezidenti olduğu Ciné Axe kino sahəsinin maliyyələşdirilməsi ilə məşğul olan şirkətdir. Şirkət Fransada SOFICA adlandırılan kateqoriyaya düşür. Bu kateqoriyaya düşən şirkətlərə yalnız film istehsalını maliyyələşdirməyə yönəlmiş vəsaiti toplamaq icazəsi verilir.

CNC-nin tarixində ilk dəfədir ki, qurumun rəhbərliyinə kino sahəsində çalışan adam təyin olunub. CNC-nin əvvəlki rəhbərləri yüksəkrütbəli dövlət məmurları olub.

«Mədəni istisna» modeli

Macron-un mərkəzçi partiyasına yaxınlıqdan əlavə, Boutonnat həm də Fransa kinosunun maliyyələşdirilməsinə dair son hesabatına görə tənqid olunur. Fransada bir çoxları bu hesabatı yerli «mədəni istisna» modelinə təhlükə kimi görürlər. «Mədəni istisna» modeli müstəqil, fərqli kinematoqrafın subsidiyalar vasitəsilə dəstəklənməsini nəzərdə tutur. Bu hesabatda Boutonnat yerli filmlərin gəlirliliyini artırmağın yollarını təklif edir. O, həmçinin, kinonun CNC tərəfindən mövcud subsidiyalı maliyyələşmə sisteminin yenilənməsinə çağırır. Boutonnat bundan başqa, kinonun maliyyələşdirilməsi işində özəl maliyyə mənbələrinin payının artırılması məsələsini qaldırır.

«Kino sektorunun radikal transformasiya, texnoloji inqilab, ənənəvi investisiyanın azalması və xarici rəqabətin artması kimi çətinliklərdən keçdiyi, mədəni və ekoloji ekosistemə yeni rəqəmsal xidmətlərin daxil olduğu bir dövrdə yeni özəl maliyyə alətlərinin iştirakı vacibdir», – CNC-nin Boutonnat-nın təyinatından dərhal sonra yaydığı bəyanatda deyilir.

«Növbəti bir neçə ilin əsas sınağı işimiz və dəyərlərimizin xaricdə parlamasına imkan yaratmaq naminə muxtariyyətimizin mühafizəsi və müdafiəsi olacaq», –Boutonnat əlavə edib.

Üç fərqli şirkətlə (Chaocorp Distribution, Electrick Films və Kea Productions) çalışan 49-yaşlı Dominique Bouttonat-nın prodüserləri arasında olduğu 25 film arasında «Qəlb sındıran» (Heartbreaker) (2010), «Mənim şirin bibər yurdum» (My Sweet Pepper Land) (2013) və daha yaxın zamanlarda çəkilmiş «Mənim Zoim» (My Zoe) (2019) və «Pul» (Money) filmləri də var.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG