Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:19

Bond seriyasından yeni film – ‘Ölməyə vaxt yoxdur’


Daniel Craig
Daniel Craig

Məşhur James Bond silsiləsindən növbəti filmin adı elan edilib.

MI6-nın agent 007-sini yenə də Daniel Craig-in oynadığı rəsmən 25-ci seriya “Ölməyə vaxt yoxdur” (No Time To Die) adlanacaq.

Independent yazır ki, bu film Craig-in sonuncu James Bondu olacaq.

“Ölməyə vaxt yoxdur” filmi gələn il aprelin 3-də Birləşmiş Krallıqda, aprelin 8-də isə Birləşmiş Ştatlarda ekranlara çıxacaq.

İndiyədək sözü gedən film şərti olaraq Bond 25 kimi tanınırdı. Filmin əsl adının ötən apreldə Ian Flemming-in Yamaykadakı Goldeneye malikanəsində elan ediləcəyi gözlənilirdi, lakin bu baş verməmişdi.

“Bohemiya Rapsodiyası”nda çəkilmiş Rami Malekin adı yeni filmdə əsas mənfi qəhrəman kimi təsdiqlənib. Bu həm də onun Bond debütü olacaq.

Ralph Fiennes bu filmdə ekrana “M”, Naomie Harris isə Eve Moneypenny rolunda qayıdacaqlar.

Léa Seydoux bir daha doctor Madeleine Swann və Ben Wishaw Q rolunda görünəcəklər.

Kapitan Marvel filmində oynamış Lashana Lynch 25-ci Bond filimində Nomi olacaq.

Britaniya televizya komediya serialı “Yaramaz”ın (Fleabag) yaradıcısı Phoebe Waller-Bridge yeni Bond filminin ssenaristlərindən biridir.

Craig Bond rolunda ilk dəfə 2006-cı ildə çəkilmiş “Kazino Royal” (Casino Royale) filmində çıxış edib.

Bundan sonrakı Bond filmlərində - “Mərhəmət kvantı” (Quantum of Solace - 2008), “Skayfol” (Skyfall - 2012) və “Spektr” (Spectre - 2015) filmlərində də agent 007-ni Craig oynayıb.

“Ölməyə vaxt yoxdur” filminin qəhrəmanı Bond fəal xidmətdən istefa verib və Yamaykada sakit bir həyat keçirir. Elə bu vaxt onun Mərkəzi Kəşfiyyat İdarəsindən olan köhnə dostu Felix Leiter (Jeffrey Wright) agentə kömək üçün müraciət edir.

Oğurlanmış alimin xilas edilməsi əməliyyatı gözlənildiyindən daha çətin olur. Bond təhlükəli yeni texnologiya ilə silahlanmış sirli cinayətkarın izinə düşür.

Film Yamaykada və Britaniyadakı Pinewood Studios studiyasında çəkilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG