Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:34

Problemli kreditlər azalıb


Problemli kreditlərin ilin əvvəli ilə müqayisədə xeyli artdığı, son aylar isə azaldığı bildirilir.

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün, oktyabrın 26-da bu ayın əvvəlinə olan pul-kredit göstəricilərini açıqlayıb.

AMB-nin məlumatına görə, göstərilən dövrdə bütün kreditlər 12302, 4 milyon manat təşkil edib. Son bir ayda isə kreditlər azalıb. Sentyabrın əvvəlində həmin göstərici 12306,5 milyon manat təşkil etmişdi.

Oktyabrın əvvəlinə vaxtı keçmiş kreditlərin ümumi məbləği 1748,7 milyon manat olub. Həmin kreditlər əvvəlki ayla müqayisədə azalıb, bir ay əvvəl bu göstərici 1772,4 milyon olmuşdu.

Amma bu ilin yanvar ayının göstəriciləri ilə müqayisədə problemli kreditlər xeyli çoxalıb. Yanvarda belə kreditlərin ümumi məbləği 1695,9 milyon manat olmuşdu. Son iki ayda bu kreditlərin də azaldığı bildirilir.

Ancaq bəzi yerli və beynəlxalq agentliklər AMB-in məlumatlarına şübhə ilə yanaşır. Onlar problemli kreditlərin reallıqda rəsmi rəqəmlərdən iki dəfə çox olduğunu düşünürlər.

Xatırlatma

2015-ci ildə Azərbaycanda iki dəfə devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında iki dəfə dəyər itirib. Bundan sonra problemli kreditlər məsələsi aktuallışıb.

XS
SM
MD
LG