Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

Ekspert: “Problemləri təbiətin şıltaqlığı yox, məmur acgözlüyü yaradır…”


Son əsrlərin ən soyuq qışı gəlir: Bakı qışa necə hazırlaşır?
Gözlə

No media source currently available

0:00 0:14:55 0:00

Son əsrlərin ən soyuq qışı gəlir: Bakı qışa necə hazırlaşır?

Bu ilin sonunda 18-ci əsrdəki “Kiçik buz dövrü” yenidən yaşana bilər. ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi – NASA-nın son hesabatına görə, bir neçə ay ərzində rekord soyuqlar müşahidə oluna bilər.

Bəs, adətən havalar kəskin soyuyan kimi qaz təchizatında fasilələr, keçilməz yollar və digər problemlər yaşayan Bakı qışa necə hazırlaşır?

Bakı şəhər icra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova deyir ki, hazırlıq işləri görülür, amma o konkret hansı işlərin görüldüyünü müvafiq departamentdən məlumat alandan sonra qarşıdakı günlərdə deyə bilər.

Qış mövsümündə ən çox tənqid olunan qurumlardan biri də AzəriQaz İstehsalat birliyidir. Bu qurumun sözçüsü İbrahim Kərbaley deyir ki, payız-qış mövsümündə abonentlərin, fasiləsiz təbii qaz təchizatının təminatı məqsədi ilə tədbirlər planı hazırlanıb:

“Payız-qış mövsümünə hazırlıq may ayından başlanır və oktaybr ayının sonuna kimi davam edir. Yeni qaz xətləri çəkilib, eroziyaya uğramış qaz xətləri yeniləri ilə əvəz edilib, qaz xətləri üzərində 534 ədəd qaz tənzimləyici, 259 ədəd siyirtmə yenilənib”.

AzərSu Açıq Səhmdar Cəmiyyəti isə bildirir ki, hazırda Bakının müxtəlif rayonlarında yeni kanalizasiya xətlərinin çəkilişi, mövcud olanların təmir-bərpası davam edir.

Şəhər təsərrüfatına məsul dövlət qurumları qış mövsümünə hazırlıqla bağlı oxşar açıqlamaları az qala hər il veriblər. Amma hər il də paytaxt Bakı da daxil, respublika ərazisində bir az havalar soyuyan kimi problemlər üzə çıxır.

İqtisadçı Nazim Bəydəmirli bunun səbəbini korrupsiyada, büdcə vəsaitlərinin mənimsənilməsində görür:

“Korrupsiya sxemləri maliyyə vəsaitlərinin "tenderlər" vasitəsilə mənimsənilməsi şəhərimizi iflic halına salır. Ona görə də problem heç də təbiətin "şıltaqlığı" ilə bağlı deyil, məmurların acgözlüyü ilə bağlıdır. Yaşanan problemləri təbii fəlakət, təbii hadisələrlə bağlamaq doğru deyil”.

Amma hökumət rəsmiləri korrupsiya iddiaları ilə razılaşmırlar. Onlar ötən illərdə infrastrukturun inkişaf etdiyini bildirirlər.

Kəskin soyuqlar zamanı paytaxt Bakıda adətən buz bağlayan yollar, küçələrin qrunt suları altında qalması, nəqliyyatı iflic halına salan tıxaclar kimi problemlər müşahidə olunur.

Amma Lerikin Babakücə kənd sakinlərinin isə bu qayğılarından başqa bir qayğıları da var. Onlar qışı yola vermək üçün odun tədarükündədilər. Sakinlər deyirlər ki, qışda istilik təminatı üçün min bir zillətə qatılırlar:

Təbii qaz təminatı kəndlərdən gələn ən çox şikayətlərdəndir. AzəriQaz İstehsalat Birliyinin sözçüsü İbrahim Kərbalayev deyir ki, bu problemin həlli üçün cari ilin ilk 9 ayında respublika üzrə 2 min 385 km müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib. 182 km qaz kəməri əsaslı təmir edilib. 24 inzibati ərazi ərazi üzrə 74 qəsəbə və kənd qazla təmin olunub. İşlər davam edir.

Nəinki rayonlarda elə paytaxt Bakının özünün də tez-tez eşidilən şikayətlərindən biri də təbii qazla təminatdır. AzadlıqRadiosu bu barədə paytaxt sakinlərinin fikirlərini öyrənib:

Sizcə, qışda Bakının ən əsas problemi nə olur?
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

Bu cür şikayətlərin səngiməsi üçün müstəqil ekpsertlər, özəlliklə, kommunal xidmətlərin özəl şirkətlərin idarəsini verməyi çıxış yolu hesab edirlər.Onlar ən zəruri atılmalı olan addımlar sırasında isə mer institutunun yaradılmasını göstərirlər. Ara-sıra bu cür təkliflər hökumət dairələrində müzakirə olunsa da hələlik heç bir nəticəsi görünmür.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG