Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:44

Rusiyalı yazıçını Bosniya ərazisinə buraxmayıblar


Yazıçı Zakhar Prilepin
Yazıçı Zakhar Prilepin

Bosniya-Herseqovina hakimiyyət orqanlarının Rusiya yazıçısı Zakhar Prilepinin ölkəyə daxil olmasına qadağan qoyması Bosniya serb liderlərinin və Rusiyanın Sarayevodakı səfirliyinin hiddətli reaksiyasına səbəb olub.

Avqustun 23-də verdiyi bəyanatda Rusiya səfirliyi Prilepinin Serbiya və Bosniya arasındakı Raca sərhəd məntəqəsindən geri qaytarılmasından “narahatlıq və dərin məyusluq” ifadə edib.

Bosniya serblərinin lideri Milorad Dodik deyib ki, Prilepinə qoyulmuş qadağan “rüsvayçı və qeyri-məqbuldur və Respublika Srpskanın dostlarına qarşı yönəlib”.

Prilepin deyib ki, o, avqustun 24-da Respublika Serpskanın inzibati mərkəzi olan Banya Lukada keçirilən ədəbi tədbirdə iştirak etməliydi.

O Rusiyanın dövlət Sputnik news agentliyinə bildirib ki, sərhəd məntəqəsində ona qadağan sənədi göstərilib. Bu sənəddə onun ölkənin “beynəlxalq əlaqələri və təhlükəsizliyinə hədə təşkil etdiyi” qeyd olunmuşdu.

Yazıçı deyir ki, qadağan onun Ukraynada separatçılarla birlikdə Ukrayna qoşunlarına qarşı vuruşması ilə əlaqədar ola bilər.

Bosniyanın Kəşfiyyat və Təhlükəsizlik Agentliyinin Prilepinin ölkəyə daxil olmasına hələ ötən mart ayından qadağan qoyduğu barədə məlumatlar var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG