Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:46

‘Putinin aşpazı’ koronavirusdan da pul qazanır


Yevgeny Prigozhin (sağda) və Vladimir Putin
Yevgeny Prigozhin (sağda) və Vladimir Putin

Rusiyalı oliqarx, müstəqil mediada “Putinin aşpazı” adlandırılan Yevgeny Prigozhin-ə bağlı AVK şirkəti Moskvanın Kommunarka rayonundakı 40 nömrəli xəstəxananı hazır xörəklərlə təmin edir.

Current Time saytının məlumatına görə koronavirusa yoluxduqlarından şübhə olanları məhz bu xəstəxanaya yerləşdirirlər.

Bu da xəbər verilir ki, bu iş Prigozhin-in şirkətinə heç bir tender və müsabiqə keçirilmədən verilib.

Rusiyanın Açıq media saytı bildirir ki, bu məlumatı dövlət sifarişlərinin rəsmi saytındakı sənədlərdən öyrənib.

“Hazır yeməklərin bağlamalarda çatdırılmasının təşkili” adlanan kontrakt martlın 2-də imzalanıb.

Bu müqaviləyə görə AVK hazır yeməklərin çatdırılması ilə martın 5-dən iyunun 20-dək məşğul olmalıdır.

Sözü gedən kontraktda yeməklərin çatdırıldığı ünvan da var: Moksva, Sosenskiy stansiyası, ev 8.

Bu, koronavirus şübhəlilərinin yerləşdirildiyi xəstəxananın ünvanıdır.

Konraktın ümumi dəyəri 15 milyon rubldur (184 min dollar).

Əvəzedilməz şirkət

Qeyd olunduğu kimi bu biznes üçün müsabiqə keçirilməyib və AVK hazırda bu sahə üzrə yeganə təchizatçıdır.

Belə görünür ki, kontraktla bağlı yaranacaq sualların qarşısının bəri başdan alınması üçün orada yazılıb: “bu şirkətin seçilməsi qəzalar və başqa fövqəladə vəziyyətlərin yaranma riski” ilə bağlıdır.

Kontraktda deyilir ki, belə şəraitlərdə “başqa təchizatçının axtarışı vaxt itkisinə səbəb ola bilər və bu, məqsədəuyğun deyil”.

Açıq media yazır ki, koronavirus şübhəlisi olan pasientlərdən biri yeməklərin AVK şirkətindən gəldiyini təsdiqləyib.

Peterburqlu oliqarx Yevgeny Prigozhin prezident Vladimir Putinin yaxın çevrəsinə daxil olan şəxslərdən biridir.

Kremlin iaşə xidməti də ona həvalə edildiyindən biznesmenə “Putinin aşpazı” ayaması verilib.

Həm aşpaz, həm komandan

Lakin oliqarxın fəaliyyət dairəsi iaşə sahəsinin hüdudlarını çoxdan aşıb. Onunla birbaşa və ya dolayısı ilə bağlı olan şirkətlər Rusiya üzrə bütün bağça və məktəblərin, habelə hərbi hissələrin yemək təchizatını həyata keçirir.

Prigozhin-in şirkətləri habelə Afrika ölkələrində qızıl, neft, qaz və almaz yataqlarının axtarışı və inkişaf etdirilməsi ilə məşğul olur.

Bundan başqa Prigozhin-in bir neçə özəl hərbi şirkətinin olması məlumdur.

Onun muzdlu əsgərləri Donbasda, Suriyada, Liviyada, Mərkəzi Afrika Respublikasında və başqa regionlardakı hərbi əməliyyatlarda iştirak edirlər.

Oliqarx habelə Patriot adlı kremlyönlü media qrupunun şurasına rəhbərlik edir.

Yevgeny Prigozhin Rusiya Müdafiə Nazirliyində qiyamçı Liviya generalı Həftarla keçirilən danışıqlarda iştirak edirdi at the meeting with Russian MOD Sergey Shoigu and Libyan Haftar
Yevgeny Prigozhin Rusiya Müdafiə Nazirliyində qiyamçı Liviya generalı Həftarla keçirilən danışıqlarda iştirak edirdi at the meeting with Russian MOD Sergey Shoigu and Libyan Haftar

“Troll fabriki” kimi tanınan və ABŞ seçkisinə müdaxilədə ittiham edilən İnternet Araşdırmaları Mərkəzi də bura daxildir.

AVK şirkətinin Prigozhin-ə bağlı olduğunu RBK, Baza və başqa medialar da yazıb.

Rusiyanın Kontur.Fokus saytının məlumatına görə AVK-yə son 10 ildə 19, 9 milyard rubl (245 milyon dollar) dəyərində dövlət sifarişi verilib.

Prigozhin-ə bağlı bütün bizneslər isə 2011-ci ildən bəri ümumlikdə azı 209 milyard rubl (2,5 milyard dollar) dəyərində dövlət kontraktlarına sahib olub.

XS
SM
MD
LG