Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:32

‘Putinin aşpazı’ seçkidə müxalifətə qarşı necə kampaniya təşkil edib?


 Yevgeny Prigozhin, Moskva, 10 mart 2017
Yevgeny Prigozhin, Moskva, 10 mart 2017

"Novaya qazeta" bu ilin yayında Moskva şəhər dumasına seçkilər zamanı müxalifətə qarşı kampaniyanın arxasında kimin durması ilə bağlı araşdırmanı dərc edib. Məlumat kampaniya iştirakçılarının işçi sənədlərinə, eyni zamanda icraçılardan birinin şərhlərinə istinadla hazırlanıb. Jurnalistlər sonda bələ nəticəyə gəliblər ki, davamlı təxribatların arxasında KİV-in Putinin yaxın dostu və "aşpazı" adlandırdığı Evgeny Prigozhin durur.

Lyubov Sobol-un "Gizli emalatxanaları"

Lyubov Sobol
Lyubov Sobol

Prigozhinə bağlı olan Federal Xəbər Agentliyi (FAN) iyulun 29-da Moskvada müxalif namizədlər Lyubov Sobol, İlya Yaşin və Konstantin Yankauskas üçün saxta imzalar hazırlayan gizli fabrik aşkar olunması ilə bağlı xəbər yayıb. "Novaya qazeta" araşdıraraq bu feyk xəbərin arxasında siyasi texnoloq, Ukraynadakı separatçıların tərəfdarı və əvvəllər Prigozhinin "internet-troll fabriki"ndə çalışan İqor Manguşev-in durduğunu üzə çıxarıb. Aydın olub ki, "saxta imzaların hazırlanması fabriki" üçün mənzili məhz elə Manguşev kirayə edib və bu işə görə o, 300 min rubl alıb. Jurnalistlərlə görüşə razılıq verən Manguşev bu məlumatları təsdiq etsə də sifarişin kimdən gəldiyini açıqlamayıb. O həm də deyib ki, "bu barədə məlumatlar onun deyil sifarişçinin günahı ucbatından yayılıb. Bu sifarişi mən işləmişəm, amma ondan sonrakı işlər mənlik deyil" deyə o bildirb.

Araşdırmaya görə, müxalifətə qarşı kampaniyada iştirak edənlərdən biri də iyulun 16-da FAN-ın yaydığı məlumatda adı çəkilən Arsenia Shipelenko olub. Lyubov Sobol-un qərargahında işlədiyini deyən Shipelenko seçki qərargahında "çirkli metodlarla" iş aparıldığını, "razılaşmayanların izlənildiyini"deyib. Aldığı qəbzlərdən aydın olur ki, Shipelenko gördüyü iş üçün 850 min rubl alıb.

"Novaya qazeta" bildirir ki, həmin gənc əvvəllər Kreml tərfdarı olan "Novıy rubej" hərəkatının üzvü olub. Daha sonra onun Rusiyanın Xalqlar dostluğu universitetinin xətti ilə qondarma Luqansk respublikasındakı universitetə baş çəkdiyi də vurğulanır. Amma Shipelenko jurnalistlərin bu məsələlərlə bağlı suallarını cavablandırmayıb.

Alexey Navalny
Alexey Navalny

Jurnalistlər avqustun 31-də FAN-ın, Moskva ətrafındakı evlərdən birində Aleksey Navalny-nın pul ödədiyi fəalların toplaşması ilə bağlı xəbəri də araşdırıblar. "Novaya qazeta" həmin evi tapıb, ancaq xəbər agentliyinin yazdıqları təsdiqini tapmayıb. Beləki İqor Manguşev "pullu fəallar" barədə saxta hekayənin də müxalifətə qarşı aparılan kampaniyanın bir hissəsi olduğunu təsdiqləyib. Onun bu, süjetdə iştirak haqqı alması da qəbzlərlə təsdiqlənir. Burda göstərdiyi xidmətə görə o, 220 min rubl alıb ki, onun da 150 min rublu saxta fəalların mükafatlandırılmasına "ödənilib".

"Novaya qazeta" bildirir ki, müxalifətlə bağlı bütün feyk məlumatlar eyni vaxtada "Partiot" media qrupuna məxsus olan bir neçə KİV-də dərc olunub ki, bu media qrupu da Evgeny Prigozhinə bağlıdır. Jurnalistlərin araşdırmalarına görə, o həmçinin Amerika seçkilərinə müdaxilə edən "internet trolları"nı da maliyyələşdirib. Bundan başqa Evgeny Prigozhinin adı Rusiyanın özəl hərbi şirkəti "Vaqner" ilə də əlaqələndirilir. İş adamı "Novaya qazeta" nın Moskva Şəhər Dumasına seçkilərlə bağlı apardığı araşdırmaya münasibət bildirməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG