Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

YAP-ın prezidentliyə namizədi açıqlandı


Əli Əhmədov
Əli Əhmədov

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, baş nazirin müavini Əli Əhmədov onların prezidentliyə namizədinin adını açıqlayıb.

Əli Əhmədov deyib ki, yenə namizədləri dövlət başçısı İlham Əliyevdir.

APA-nın məlumatına görə, Ə.Əhmədov bunu jurnalistlərə açıqlamasında bildirib.

İ.Əliyev 2003-cü, 2008-ci, 2013-cü ildə Azərbaycan prezidenti seçilib.

2005-ci ildən Yeni Azərbaycan Partiyasının sədridir.

Bu ilin oktyabrında Azərbaycanda növbəti prezident seçkisi keçiriləcək. Hələlik YAP-dan başqa, Müsavat və Klassik Xalq Cəbhəsi (KXCP) partiyaları öz namizədlərini açıqlayıb. Müsavat Partiyası keçmiş başqanları İsa Qəmbəri, KXCP isə hazırkı sədrləri Mirmahmud Mirəlioğlunu müdafiə edir.

Bir sıra müxalif qüvvələrin birləşdiyi Milli Şura isə bu prezident seçkisi ilə bağlı hələlik niyyətini açıqlamayıb.

Azərbaycan müstəqillik əldə etdikdən bəri ölkədə altı prezident seçkisi keçirilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG