Keçid linkləri

2024, 17 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:26

Prezident seçkisinə hakimiyyət və müxalifətdən kimlər qatılacaq? [video]


İrandakı kütləvi etirazlar haqda son xəbərlər. Bakı sakinlərinin fikri
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

2018-ci il prezident seçkiləri. İrandakı kütləvi etirazlar haqda son xəbərlər. Bakı sakinlərinin fikri [A-Live]

Bu ilin oktyabrında müstəqil Azərbaycanda 8-ci prezident seçkisi keçiriləcək.

Ölkənin daxilində seçki mühiti necədir? Hakimiyyətin namizədi kim olacaq? Müxalifətin planları nədir?

14 ildir ki, prezident kürsüsündə əyləşmiş İlham Əliyev, iki il əvvəl dəyişdirilmiş konstitusiyaya görə, yenə seçkiyə qatıla bilər. Üstəlik, bəzi şərhçilər, onun xanımı, 1-ci vitse-prezident Mehriban Əliyevanın seçkidə iştirak edə biləcəyini deyirlər. Hələ ki, YAP namizədini açıqlamayıb.

Buna da bax: Hikmət Hacızadə: 'Yeni ümidlər yayılır. Guya Mehriban xanım gələcək...'

Siyasi şərhçi Rauf Mirqədirov deyir ki, ölkədə seçki mühiti, siyasi müxtəliflik yoxdur, YAP-dan kimin seçkiyə getməsi nəticəni dəyişməyəcək:

Rauf Mirqədirov
Rauf Mirqədirov

“Bunlar hakim elitanın öz gələcəyini görməsi ilə bağlı məsələlərdir. Bunu cəmiyyətə dəxli yoxdur. Ona görə də Konstitusiya dəyişiləndə cəmiyyət heç bir reaksiya vermədi. Ona görə də Azərbaycanda siyasi qüvvə yoxdur, hakim elita var. Hər halda bu gün üçün mən danışıram, fors-major hallar baş verməsə, indiki axarı ilə hadisələr davam etsə, heç bir şey dəyişməyəcək”.

Buna da bax: ‘Əliyevlər yoxdur artıq, paşayevlər var...’

Builki seçkini əvvəlkilərdən fərqləndirən həm də odur ki, İlham Əliyev hakimiyyətə gəldiyi dövrdən bəri ilk dəfədir ki, ölkədə iqtisadi durum kəskin pisləşib. Neftin ucuzlaşması səbəbindən manat iki dəfəyə qədər dəyər itirib, qaytarıla bilməyən kreditlərin həcmi iki milyard manata çatıb. Di gəl ki bu il neftin qiymətinin bahalaşacağı və iqtisadi durumun az da olsa düzələcəyi gözlənilir.

“Turan” agentliyinin direktoru Mehman Əliyev deyir ki, camaatın iqtidardan narazılığı artıb:

Buna da bax: İlham Əliyev: ‘İli uğurla başa vururuq’

“Vətəndaşlar narazıdır. Biz görürük ki, vaxtaşırı etirazlar olur. Qaçqınlar çıxıb sosial tələblər qoyublar. Proqnoz vermək olar ki, seçicinin səsi hakimiyyət tərəfdə deyil”.

Mehman Əliyev
Mehman Əliyev

Mehman Əliyev deyir ki, bundan əvvəlki seçkilərdə seçicilərin səsləri nəzərə alınmayıb, seçim demokratik keçirilməyib. Hərçənd, hakimiyyət rəsmiləri bu fikirləri rədd edir.

Bəs təhlilçilərin seçkidən gözləntisi nədir. Müxalifət partiyaları seçkiyə hansı planlarla gedir? Azərbaycanda seçki mühiti necədir?

Buna da bax: Seçki ilində Azərbaycan iqtisadiyyatını nə gözləyir? [video]

Ölkə bu ilki seçkiyə aşağı demokratik göstəricilərlə girir. Məsələn, keçən il “Freedom House” Azərbaycanı dünyada mətbuatın vəziyyətinin pis olduğu 10 ölkə sırasına qoyub: həbsdə jurnalistlər var, yerli TV-lər hakim siyasi partiyanı əsasən tənqid etmirlər, müxalifət liderlərindən biri İlqar Məmmədov 5-ci ildir ki, həbsdədir.

Bakıda bu mövzuda keçirdiyimiz sorğu:

Prezident seçkisindən nə gözləyirsiz?
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

İlqar Məmmədovun rəhbərlik etdiyi Real hərəkatın idarə heyətinin üzvü Xalid Bağırov deyir ki, Avropa İnsan Haqları məhkəməsinin İlqar Məmmədovun azadlığa çıxması barədə qərarları icra olunmur, onun fikrincə, ölkənin beynəlxalq aləmlə münasibətləri pisləşir.

Buna da bax: İsa Qəmbər: 'Ölkə ağır böhran içindədir'

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər isə deyir ki, seçkiyə gedəcək:

İsa Qəmbər
İsa Qəmbər

“Cəmiyyətin xalqın mövcud hakimiyyətdən bezməsi, hətta beynəlxalq birliyin də bu rejimdən bezməsi o qədər aydın şəkildə görünür ki, 2018-ci ildə dəyişiklər edilməsi mümkündür. Və mən aid olduğum qüvvələrlə birlikdə vəziyyəti dəyişməyə çalışacağıq, ölkədə azadlıqların hüdudlarının genişlənməsinə çalışacağıq”.

Azərbaycan keçən il Qərb şirkətləri ilə “Əsrin müqaviləsi”ni yeniləyib, bundan başqa Bakı–Tbilisi–Qars dəmiryolu xəttini işə salıb.

Buna da bax: 2018-ci il Azərbaycan və Ermənistanda seçki ilidir [video]

Siyasi şərhçi Rauf Mirqədirov deyir ki, Əliyevlər dünya liderlərini qıcıqlandıracaq hansısa addım atmasalar, hələ ki, münasibətlər hamar görünür.

Bəzi şərhçiləri İranda etirazların Azərbaycana hansısa formada təsir edəcəyini istisna edirlər.

O ki qaldı ABŞ-a, Rauf Mirqədirov yada salır: keçən ilin mayında prezident Donald Trump Səudiyyə Ərəbistanının paytaxtı Riyadda demişdi ki, ABŞ bundan sonra müsəlman ölkələrinin daxili işlərinə qarışmayacaq, onlara öyüd-nəsihət verməyəcək, onlara mühazirə oxumayacaq. Odur ki, Mirqədirovun fikrincə, ABŞ-ın regionda maraqları dəyişmədiyi müddət ərzində durum elə indiki kimi qala bilər.

Buna da bax: İlham Əliyev and içdi [Fotolar]

Rauf Mirqədirov deyir ki, Rusiya Qarabağ münaqişəsi ilə bağlı Əliyevə təzyiq edə, Avrasiya ittifaqına girməyi tələb edə bilər, amma İlham Əliyev də sona qədər balanslı siyasətini qorumağa çalışacaq.

Zahid Oruc
Zahid Oruc

Hakimiyyətyönlü deputat Zahid Oruc isə deyir ki, dünya Azərbaycanın işinə qarışmamalıdı, xalqın seçimini tanımalıdı:

"iz bəyan edirik ki, İlham Əliyev güclüdür. Onun komandasında islahatlar belə bu sistemi gücləndirib. Belə olan təqdirdə bizim üçün önəmli olan odur ki, başqa alternativ qüvvələr də bu seçkidə iştirak etsinlər".

İki il əvvəl keçirilmiş referendumun nəticələrinə görə, həm də budəfəki seçkilərdə iştirak etmək üçün, əvvəlki kimi 35 yaş yox, 18 yaş tələb olunur. Bundan başqa, yeni seçilən prezident yeddi il hakimiyyətdə qala biləcək. Dəyişiklikdən əvvəl prezidentlik müddəti beş il idi.

Buna da bax: Prezident seçkisindən nə gözləyirsiz?

Prezident seçkisindən nə gözləyirsiz?
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

XS
SM
MD
LG