Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:44

‘Bunu Prezidentin razılığı ilə ediblər, yoxsa ondan gizlədib,...’


İlham Əliyev, 20 may 2021
İlham Əliyev, 20 may 2021

İyulun 25-də Prezident İlham Əliyev öz rəsmi Tvitter səhifəsində məmurlara müraciət edərək «nəzarətsiz xərclərlə» bağlı xəbərdarlıq edib. O, qeyd edib ki, vaxtilə nəzarətsiz olan xərclər artıq keçmişdə qalıb:

«Bütün dövlət məmurları mənim təlimatlarımı icra etməlidirlər və edirlər ki, hər manata qənaət etməliyik».

Dövlət başçısı nəzarətsiz xərclər deyəndə hansı xərcləri nəzərdə tutur? Onlar nədən yaranıb? Belə xərclər nə qədərdir?...

Hələ, 2009-cu ildə Maliyyə Nazirliyin tərkibində maliyyə nəzarətini həyata keçirən yeni qurum - Dövlət Maliyyə Nəzarəti Xidməti yaradılıb.

Dövlət Maliyyə Nəzarəti Xidməti dövlət büdcəsinin, məqsədli büdcə fondlarının, büdcə təşkilatlarının büdcədənkənar vəsaitlərinin, eləcə də dövlət zəmanəti ilə alınan kreditlərin məqsədli və səmərəli xərclənməsi üzərində dövlət maliyyə nəzarətini həyata keçirməlidir.

«Cənab Prezident İlham Əliyev... tapşırıqlar verib»

Maliyyə Nazirliyindən «Turan» Agentliyinə bildirilib ki, dövlət büdcəsi xərclərinin daha səmərəli, qənaətli, məqsədyönlü istifadəsinin təmin edilməsi və izafi xərclərin qarşısının alınması qarşıya qoyulan əsas vəzifələrdən biridir :

«Cənab Prezident İlham Əliyev xərclərə nəzarətin daha da gücləndirilməsi, xüsusilə dövlət xətti ilə alınan mallara ciddi nəzarət olunması ilə bağlı tapşırıqlar verib».

Qurumdan qeyd olunub ki, ilk növbədə, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar lüzumsuz ştatların artırılmasından çəkinməlidir :

«Onlar əsas vəsaitlərin, o cümlədən inventar, avadanlıq, nəqliyyat vasitələri alışları, həmçinin bir sıra cari xərclər, ezamiyyə, dəftərxana, təsərrüfat, nəqliyyat vasitələrinin xidmətləri xərcləri, digər xidmət və alışlar üzrə proqnozlaşdırma, icra zamanı gərəksiz, izafi xərclərdən imtina etməlidirlər».

«89,24 milyon artıq və əsassız ödənişlər aşkarlanıb»

Nazirlikdən vurğulanıb ki, 2020-ci ildə Dövlət Maliyyə Nəzarəti Xidmətinin büdcə təşkilatlarında apardığı yoxlamalarda ümumilikdə 89,24 milyon artıq və əsassız ödənişlər aşkarlanıb :

«Həmin məbləğdən 37,535 milyon manatının yoxlamaların gedişində təqsirkar şəxslərin hesabına bərpası təmin edilib».

Hesablama Palatasından isə «Turan» Agentliyinə deyilib ki, qurumun ilin ilk altı ayının hesabatı artıq hazırdır:

«Müsbət dəyişikliklər olsa da, aşkar edilmiş nöqsanlar arasında, əvvəlki illərdə olduğu kimi, büdcə qanunvericiliyinin, dövlət satınalmalarını tənzimləyən hüquqi aktların tələblərinin pozulması, həmçinin mühasibat uçotu və hesabatlılıqla bağlı nöqsanların payı yüksək olub».

Qeyd olunub ki, büdcə qanunvericiliyinin tələblərinə riayət edilməməsi və dövlət vəsaitlərinin istifadəsi ilə bağlı nöqsanlar üzrə nəzarət obyektləri icra prosesində vəsaitlərin təyinatını yenidən müəyyən ediblər:

«Bu və bəzi xərc istiqamətləri üzrə (xüsusilə investisiya xərcləri) vəsaitlərin icra səviyyəsinin aşağı olması, tələbatın düzgün müəyyən edilməməsi səbəbindən dövlət əmlakının və alınmış mal-materialların istifadəsiz qalması ilə səmərəsiz xərclərə yol verilməsi faktları müəyyən olunub».

15,1 milyon manat...

Azərbaycan manatı
Azərbaycan manatı

Habelə bildirilib ki, aşkar edilən nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə Hesablama Palatasının kollegiyası ümumilikdə 15,1 milyon manatı əhatə edən maliyyə pozuntularına dair müvafiq tədbirlərin görülməsi ilə bağlı qərarlar qəbul edib. Eyni zamanda, qurumdan vurğulanıb ki, məlumatların təhlili dövlət maliyyəsinin bir sıra sahələrində əvvəlki illərə nisbətən müsbət dəyişikliklərin olduğunu da göstərir.

Açıqlamaya görə, Hesablama Palatası 2021-ci ilin ilk 6 ayı və əvvəlki illərdə başa çatdırdığı nəzarət tədbirlərinin nəticəsi olaraq hesabat dövründə ümumilikdə 12,4 milyon manat, dövlət vəsaitinin bərpasını təmin edib.

«Bilinmir bu xərcləri necə bölüşdürüblər»

İqtisadçı Qubad İbadoğlu isə AzadlıqRadiosuna deyib ki, Maliyyə Nazirliyinin nəzarətindən kənar heç bir xərc yoxdur :

«Bütün xərclər demək olar ki, xəzinədarlıqdan keçir».

'Sahibkar olmayan məmur var ki?' - Prezidentin dediklərinə Bakı sakinlərindən reaksiya
Gözlə

No media source currently available

0:00 0:05:29 0:00


Qubad İbadoğlunun sözlərinə görə, əslində 2020-ci ilin dövlət büdcəsinin təhlili göstərdi ki, sadəcə hara xərclənməsi hesabatlarda əks olunmayan xərclər var:

«Bilinmir bu xərcləri necə bölüşdürüblər. Çünki 2020-ci ilin büdcəsində 5 milyard 252 milyon manata yaxın vəsait bölüşdürülməmiş vəsait olub. Bu vəsaitin təxminən 500 milyonunun Hesablama Palatasının rəyindən hara xərclənməsi bilinir. Yerdə qalan hissənin isə hara xərcləndiyi ilə bağlı nə Maliyyə Nazirliyi, nə də Hesablama Palatası məlumat verib».

Q.İbadoğlu deyir ki, eyni zamanda büdcənin əsas bölməyə aid edilməyən sair xərclər var və onların da təsnifatı yoxdur :

«Həmin xərclər bütövlükdə ictimai nəzarətdən kənarda olsa da, Maliyyə Nazirliyi onlara nəzarət edir. Yeri gəlmişkən, onlar parlamentin nəzarətində də deyil. Çünki Hesablama Palatasının 2020-ci ilə aid rəyində göstərilirdi ki, təxminən 15 dövlət orqanına xərclərlə bağlı sorğu verilib, lakin onlar cavab verməyib. Bu, artıq illərdir davam edir».

Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisadçı deyir ki, 2020-ci ilin dövlət büdcəsinə aid maraqlı məqamlar mövcuddur :

«Birdəfəlik satış metodu ilə investisiya xərclərinin təxminən 50 faizə qədərini bölüşdürüblər. Birdəfəlik satış metodu rəqabətsizdir. Yəni, şirkət olaraq pulunu kimə istəyir veriblər, heç bir tender keçirilməyib. Bunu Prezidentin razılığı ilə ediblər, yoxsa ondan gizlədib, ediblər dəqiq deyə bilmərəm. Amma inanmıram bu boyda vəsaiti ondan gizlədiblər. Azərbaycanda nazirlər və nazir müavinləri xidmət maşınları dəyişəndə belə onu Prezident Administrasiyası ilə razılaşdırıb həyata keçirirlər».

Bu fikrirlərə, hələlik, Prezident Administrasiyasindan münasibət almaq mümkün olmayıb.Amma rəsmilər birqayda olaraq vurğulayırlar ki, ölkədə korrpsiya ile mübarizədə hakim iradə mövcuddur.

XS
SM
MD
LG