Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Prezident Şamaxı və İsmayıllıda


İlham Əliyev və Mehriban Əliyeva (arxiv foto)
İlham Əliyev və Mehriban Əliyeva (arxiv foto)

Avqustun 26-da prezident İlham Əliyev və xanımı, birinci vitse prezident Mehriban Əliyeva Şamaxı rayonunda Dəmirçi Arxeologiya Muzeyinin açılışında olublar.

Bu barədə AZƏRTAC-məlumat yayıb.

Agentliyin xəbərinə görə, ölkə başçısı daha sonra Dəmirçi kəndi ilə İsmayıllı rayonunun Lahıc qəsəbəsini birləşdirən 22 kilometrlik yolun açılışını edib.

Bir gün əvvəl isə onlar Şamaxının Meysəri kəndindəki “Şirvan şərabları” üzümçülük-şərabçılıq kompleksinin və yeni məktəbinin açılışında olublar.

Məlumatda bildirilir ki, 50-ci illərdə tikiilən Meysəri kənd məktəbi yararsız hala düşdüyündən 2016-cı ildə yeni məktəbin inşasına başlanılıb.

İ. Əliyev elə həmin gün İsmayllı rayonuna da səfər edib. O, rayonda yenidən qurulan “İsmayıllı” elektrik yarımstansiyasının və Keyvəndi kəndindəki 1000 başlıq müasir heyvandarlıq kompleksinin açılışını edib.

İqtisadiyyat naziri Şahin Mustafayev bu müəssisələrin ildə 150 min ton süd və 6 min ton ət istehsal edə biləcəyini bildirib. Nazirin sözlərinə görə, 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan 4 heyvandarlıq kompleksində 7 minə yaxın cins heyvan saxlanılacaq. Həmin müəssisələrin illik istehsal gücü isə 11 min ton süd, 2 min ton ət olacaq.

“Azərxalça” və “Buta Qrup” müəssisələrinin yaratdığı aqroparkın açılışını edən dövlət başçısı yenidən Şamaxıya qayıdıb.

XS
SM
MD
LG