Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 03:36

Prezident idman və istirahət parkının açılışında


İlham Əliyev (Arxiv)

Bu gün, oktyabrın 28-i Bakının Səbail rayonunda yeni idman və istirahət parkı istifadəyə verilib.

AZƏRTAC-ın xəbərinə görə, prezidenti İlham Əliyev parkda yaradılan şəraitlə tanış olub.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov parkda görülən işlər barədə dövlət başçısına məlumat verib.

O deyib ki,bu ilin may ayında20-ci yaşayış sahəsində 1,7 hektarlıq ərazidə yeni idman və istirahət parkının salınmasına başlanıb və artıq işlər başa çatdırılıb.

Xəbərdə bildirilir ki, parkın giriş-çıxışını dekorativ arkalar bəzəyir.

Üzəri müasir dizaynla rənglənən və cizgi filmləri qəhrəmanlarının şəkilləri ilə bəzədilən 350 metrlik divar da parka xüsusi görünüş verir.

Habelə, beş min kvadratmetrlik sahədə müxtəlif ağaclar və bəzək kollarının əkildiyi, gül kompozisiyalarının yaradıldığı bildirilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG