Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

İlham Əliyev: 'Bu cinayətlər cavabsız qalmır'


İ.Əliyev
İ.Əliyev

«İyulun 3-də və iyulun 10-da Gəncə şəhərində törədilmiş qanlı cinayətlər dövlətçiliyimizə qarşı törədilmiş cinayətlərdir».

Prezident İlham Əliyev iyulun 13-də hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirdiyi iclasda belə deyib.

***Buna da bax-Gəncə hadisələrinə görə axtarılan şəxs öldürülüb

Həmin olayları terror aktları adlandıran ölkə başçısı iki polis əməkdaşının həlak olduğunu, yaralanan vətəndaşlardan birinin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı olduğunu bildirib.

Terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyir

«Bu cinayətləri törədən terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyir. Bu cinayətlərin əsas məqsədi bundan ibarətdir. Bu qanlı terror aktları cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədilə törədilmişdir. Bu terror aktları dini şüarlar altında törədilmişdir. Bu, özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh, mərhəmət dinidir. Azərbaycan dövləti və Azərbaycan xalqı öz milli, dini dəyərlərini daim qoruyur», - ölkə başçısı deyib.

Hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas
Hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas

İ.Əliyev qeyd edib ki, bu cinayətləri dinə bağlamaq istəyənlər dinə qarşı ən böyük cinayət törədiblər.

Prezident deyib: «Bu cinayətkarlar müsəlman deyillər və bu cinayətlər cavabsız qalmır. Cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər. Azərbaycan dövləti və Azərbaycan xalqı buna heç vaxt imkan verməyəcək».

***Buna da bax-Ekspertlər Gəncə hadisələrinin dinlə bağlı olduğuna şübhə edirlər

Cinayətkar dəstənin zərərsizləşdirildiyini, bütün cinayətkarların məsuliyyətə cəlb olunacağını vurğulayan prezident bildirib ki, müstəqillik tarixində bir neçə dəfə təxribatlar törədilib.

Azərbaycan - dünya miqyasında ən təhlükəsiz ölkələrdən biri...

İ.Əliyev xalq-iqtidar birliyindən danışıb və bunu sabitliyin əsas şərti adlandırıb: «Xalq-iqtidar birliyini heç bir qüvvə - nə xarici, nə daxili qüvvə sarsıda bilməz. Bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz. Bizi tutduğumuz yoldan heç kim döndərə bilməz».

Polis zabitlər necə öldürüldü? Gəncədə nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:14:41 0:00

İ.Əliyev Azərbaycanın dünya miqyasında ən təhlükəsiz ölkələrdən biri olduğunu vurğulayıb. Azərbaycanın dünya miqyasında sürətlə inkişaf edən müasir dövlət olduğunu deyən prezident siyasi, diplomatik, iqtisadi, hərbi quruculuq, idman, sosial sahələrdə inkişafın olduğunu bildirib:

***Buna da bax-Gəncə müəmması: Məmurların ziddiyyətli açıqlamaları, cavabsız suallar

«Son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci bir ölkə olmamışdır. Ona görə, əlbəttə ki, bizim uğurlarımıza kölgə salmaq, siyasətimizə təsir etmək istəyən qüvvələr müxtəlif üsullardan istifadə edirlər. Bizə qarşı çirkin kampaniyalar aparılır, qarayaxma, şər-böhtan kampaniyaları. Yalan, iftira üzərində qurulmuş bu kampaniyaların heç bir səmərəsi olmur. Azərbaycan xalqı bu yalanlara, bu böhtanlara inanmır. Azərbaycan xalqı öz rəhbərliyinə inanır. Bu il keçirilmiş prezident seçkiləri bunu bir daha bütün dünyaya əyani şəkildə sübut etdi».

İ.Əliyev əmin edib ki, ölkə bundan sonra da inkişaf, tərəqqi yolu ilə gedəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG