Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 22:37

Prezident 3 dövlət qurumunu ləğv edir, 6-sını isə...


Prezident İlham Əliyev yanvarın 14- Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən, Prezident yanında Elmin İnkişaf Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilir.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Prezidenti yanında Bilik Fondu və Prezident yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilir.

Eyni zamanda, Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu və Tarif (qiymət) Şurasının Katibliyi ləğv edilir. Onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil edilir.

Bütün bu dəyişikliklər dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsi məqsədi ilə izah edilir.

XS
SM
MD
LG