Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

Moskva Kiyevi 'din müharibəsi' ilə hədələyir


Müstəqil Ukrayna Pravoslav Kilsəsinin başçısı patriarx Filaret
Müstəqil Ukrayna Pravoslav Kilsəsinin başçısı patriarx Filaret

Pravoslav xristianlığın başçısı sayılan İstanbul patriarxı Ukrayna Pravoslav Kilsəsinin müstəqilliyinin tanınması yolunda əsas addımı atdıqdan sonra Kreml xəbərdarlıq edərək bildirib ki, Moskva Ukraynadakı mömin pravoslavların maraqlarının qorunmasını təmin edəcək.

İndiyədək Ukrayna Pravoslav Kilsəsi Rusiya Pravoslav Kilsəsinin tabeçiliyində sayılırdı.

Bu bəyanatı oktyabrın 12-də prezident Vladimir Putinin sözçüsü Dmitry Peskov verib.

Bundan bir gün əvvəl oktyabrın 11-də dünya pravoslavlarının rəhbəri sayılan Konstantinopol – İstanbul patriarxı Bartholomew Ukrayna kilsəsinin avtokefallığına, yəni Moskvadan müstəqilliyinə xeyir-dua verib.

Bu qərardan sonra Rus Pravoslav Kilsəsi onun Ukraynadakı mülkiyyətinin əlindən çıxacağından narahatdır.

Dmitry Peskov deyib: "Rusiyanın dünyəvi hakimiyyəti kilsə məsələlərinə qarışa bilməz, lakin Putinin hokuməti bu situasiyanı yaxından izləyir və adamları qeyri-qanuni hərəkətlərdən qorumaq üçün “müstəsna olaraq siyasi və diplomatik” tədbirlər görəcək”.

Putinin sözçüsü bildirib ki, “Rusiya əlbəttə, Putinin həmişə dediyi kimi rusların və rusdillilərin maraqlarını müdafiə etdiyi kimi, pravoslav xristianların da maraqlarını müdafiə edəcək”.

Peskov deyib ki, “bu, Ukrayna hakimiyyəti situasiyanı hüquqi çərçivədə saxlaya bilməyəcəyi, hadisələrin zorakılığa çevriləcəyi halda baş verə bilər”.

Oktyabrın 12-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, “baş verənlər patriarx Bartholomew tərəfindən Vaşinqtonun dəstəyi ilə törədilmiş təxribatlardır”.

Ukrayna Pravoslav Kilsəsinin müstəqilliyinə doğru atılmış tarixi addım heç şübhəsiz Moskva və Kiyev arasında onsuz da gərgin olan münasibətləri daha da tarıma çəkəcək.

Oktyabrın 11-də Ukrayna Pravoslav Kilsəsinə müstəqillik verən İstanbul patriarxlığı Ukraynadakı rəqib kilsələri monastr və ibadətgahların və başqa mülkiyyətin qəsb edilməsindən çəkinməyə çağırıb.

Ukrayna kilsəsinin müstəqilliyi uğrunda hərəkata rəhbərlik edən patriarx Filaret iyun ayında demişdi ki, Moskvaya tabe kilsəsinin ixtiyarında olan iki əsas monastrın sahibliyi dəyişəcək.

Lakin o oktyabrın 11-də keçirilən mətbuat konfransında deyib: “Moskva münaqişə istəyir, lakin biz ukraynalılar yox”.

Oktyabrın 12-də Ukraynanın Moskvaya bağlı kilsəsinin başçısı mitropolit Anton İstanbul patriarxını “təfriqə yolunu seçməkdə” ittiham edib və sinodun qərarını qəbul etmədiyini bildirib.

Anton habelə möminlərə bildirib ki, iki rəqib kilsəyə - Kiyev Patriarxlığının Ukrayna Pravoslav Kilsəsinə və Ukrayna Avtokefal Pravoslav Kilsəsinə eyni zamanda təbəəlik etmək olmaz:

"Dünən İstanbuldakı sinodda baş verənlər bütün pravoslav dünyasını silkələyib. Əslində bizim kilsəmiz üçün heç nə dəyişməyib. Biz Ukraynada yeganə qanuni kilsə olmuşuq, varıq və həmişə olacağıq”.

Moskva kilsəsinə tabe Ukrayna mitropoliti Antoni (solda) və Rusiya prezidenti Vladimir Putin (foto arxivdəndir)
Moskva kilsəsinə tabe Ukrayna mitropoliti Antoni (solda) və Rusiya prezidenti Vladimir Putin (foto arxivdəndir)

Ukrayna prezidenti Petro Poroshenko oktyarın 11-də sinodun qərarını alqışlayan bəyanat verib.

Moskvada mənzillənmiş Rus Pravoslav Kilsəsi isə bu qərarı “fəlakətli” adlandırıb.

Rus Pravoslav Kilsəsinin başçısı patriarx Kirillin sözçüsü Aleksandr Volkov deyib ki, İstanbul Patriarxlığı “qırmızı xətti keçib”.

Pravoslav Kilsəsində kim kimə tabedir?
Pravoslav Kilsəsində kim kimə tabedir?

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG