Keçid linkləri

2025, 15 Fevral, şənbə, Bakı vaxtı 15:17

Rus Pravoslav Kilsəsi İstanbul patriarxlığı ilə münasibətlərini kəsir


Mitropolit İllarion
Mitropolit İllarion

Rus Pravoslav Kilsəsi Ukrayna kilsəsinə müstəqillik verilməsi barədə qərarına görə İstanbulda yerləşən Dünya Pravoslav Patriarxlığı ilə münasibətlərini kəsdiyini bəyan edib.

Rus Pravoslav Kilsəsinin xarici əlaqələr şöbəsinin başçısı mitropolit İllarion bu barədə bəyanatı oktyabrın 15-də Belarusun paytaxtı Minskdə keçirilən sinod iclasından sonra verib.

Bu bəyanatdan bir neçə gün əvvəl dünya pravoslavlarının lideri, Konstantinopol (İstanbul) patriarxı Bartholomew Ukrayna Pravoslav Kilsəsinin Rus Pravoslav Kilsəsindən ayrılması barədə qərar qəbul etmişdi.

Ilarion deyib ki, müqəddəs sinodun İstanbuldakı patriarxlıqla əlaqələri kəsməkdən başqa seçimi qalmayıb.

XS
SM
MD
LG