Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:38

Çexiyada prezidentə yumurta atmaq olar


Foto arxiv
Foto arxiv

2014-cü ildə Praqada Çexiya prezidenti Milosh Zemana yumurta atılması cinayət deyil.

Çexiya televiziyasının məlumatına görə, belə bir qərarı Praqa məhkəməsi çıxarıb.

Məhkəmənin qərarına əsasən bu cür hərəkət inzibati xətadır.

İnsident 2014-cü ilin noyabrında keçmiş kommunist rejiminin yıxılmasına həsr edilmiş abidənin açılış mərasimində baş verib.

Həmin vaxt Zemanın siyasətinən narazı qalan bir qrup adam onu fitə basıb və yumurta atmağa başlayıblar.

Yumurtalardan biri, Almaniya prezidenti Yoaxim Qaukla yanaşı dayanan Zemana dəyib.

Bunu yaramazlıq sayan polis işi yerli hakimiyyət orqanlarına göndərib.Onlarsa bunu yaramazlıq belə saymayıb.

Amma bir qədər sonra məmurlar qərarlarını dəyişərək işi polisə qaytarıblar.

2016-cı ildə isə iş prokurorluğa, sonra isə məhkəməyə göndərilib.

Prezidentin nümayəndəsi bildirib ki, Zeman istintaqa müdaxilə etmək və ya həmin adamı cəzalandırmağa çağırmaq fikrində deyil.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG