Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:03

Ukrayna Qara dənizdə nazərət hüququnu genişləndirir


Petro Poroshenko
Petro Poroshenko

Ukrayna prezidenti Petro Poroshenko parlamentin dekabrın 6-da imzaladığı “Ukraynanın zərhəd zonası” barədə qanunu təsdiqləyib.

AzadlıqRadiosu Rusiya xidmətinin məlumatına görə, Qanun Ukraynanın Qara dənizdə nəzarətini faktiki 2 dəfə artırır.

Poroshenkonun mətbuat xidməti bildirib ki, bu qanun, Ukraynanın dəniz qanunvericiliyini, digər sahil dövlətləri və 1982-ildə BMT-nin qəbul etdiyi dəniz hüququ konvensiyasına qoşulan ölkələrin qanunvericiliyinə uyğunlaşdıracaq.

Yeni qanun, Ukraynanın sahil mühavizə xidməti və hərbi-dəniz donanmasının gəmilərinə, 24 millik məsafədə şübhəli gəmiləri yoxlamaq imkanı verəcək.

Hazırda bu məsaəfə 12 mildir.

Rusiya prezidentinin mətbuat katibi Mariya Zakharova qanun layihəsinin birinci oxunuşda qəbulundan sonra demişdi ki, bu Kerç boğazı və Azov dənizində tətbiq edilə bilməz.

Qeyd edək ki, Rusiya bu yaxınlarda Ukraynanın 3 hərbi gəmisini Qara dənizdən Azov dənizinə keçərkən tutub və hazırda gəmilərin heyət üzvləri Rusiyada həbsdədirlər.

Rusiya iddia edir ki, Ukrayna gəmiləri Rusiya dənizçilərinin dayanmaq əmrinə tabe olmayıblar.

Ukrayna ittihamı rədd edir və bu sularda hərəkət etmək hüququ olduğunu deyir.

Beynəlxalq ələm Rusiyanın bu addımını kəskin pisləyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG