Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:33

Poroşenko deyir ki, ABŞ silahları Ukraynaya tezliklə çatacaq


Petro Poroşenko fevralın 28-də mətbuat konfransı keçirib
Petro Poroşenko fevralın 28-də mətbuat konfransı keçirib

Ukrayna prezidenti Petro Poroşenko deyib ki, Birləşmiş Ştatlardan onun ölkəsi üçün göndərilmiş döyüş silahlarının ilk dəsti qarşıdan gələn həftələrdə Kiyevə çatıdırılacaq.

Fevralın 28-də Kiyevdə keçirdiyi mətbuat konfransında Poroşenko bidlriib ki, ABŞ Ukraynaya ən təkmil silahların verilməsi barədə qərar qəbul edib.

Prezident bildirib ki, yaxın həftələrdə alınan silahların arasında antisnayper ləvazimatı da olacaq.

Poroşenko deyib ki, çox sayda Ukrayna əsgəri rus snayperlər tərəfindən öldürülür.

Ötən dekabrda Vaşinqtonun Kiyevə döyüş silahları verməyi planlaşdırması barədə xəbərlər Moskvada əsəbiliklə qarşılanmışdı.

Poroşenko mətbuat konfransında deyib ki, o bir çox silahların adlarını açıqlaya bilmir, çünki bunlar tamamilə məxfi məlumatdır.

Ukrayna prezidenti ölkəsinin şərqindəki münaqişənin dondurulmuş münaqişə olduğu barədə iddiaları qəbul etmədiyini bildirib. O deyib ki, hazırda şərqi Ukrayna döyüş meydanıdır.

Poroşenko bildirib ki, Ukrayna ordusunun güclənməsi nəticəsində Rusiyanın ölkəyə qarşı apardığı müharibə bir qədər səngiyib. Lakin o əlavə edib ki, bu, Rusiya təhlükəsini qətiyyən aradan qaldırmır.

O qeyd edib ki, son 24 saat ərzində separatçılar Ukrayna qoşunlarına 300 dəfə qumbaraatanlardan atəş açıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG