Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:17

Transparency International: Populizm korrupsiyanı azaltmaz


Foto: arxiv
Foto: arxiv

Təşkilatın ötən ilə aid "Korrupsiyanı Qavrama İndeksi" hesabatında belə deyilir

Bütün dünyada korrupsiya və sosial bərabərsizlik bir-birini dəstəkləməklə xalq arasında siyasi elitadan narazılıq dalğasına yol açır. “Transparency International” təşkilatının ötən ilə aid "Korrupsiyanı Qavrama İndeksi" hesabatında belə deyilir.

Yanvarın 25-də işıq üzü görən hesabatda adı çəkilən 176 ölkənin 2/3-dən çoxu 50-dən az bal toplayıb. Bu şkalada 0 - "son dərəcə korrupsiyalaşmış", 100-sə "çox təmiz" kimi qəbul olunur.

Hesabatda ötən il geriləyən ölkələrin saynın irəliləyənlərdən daha çox olduğu bildirilir. Təşkilatın fikrincə, bu, "təcili tədbir" görülməsini aktuallaşdırır.

Buna da bax: "Kürü Diplomatiyası: Nə qədər almısız?"

Hesabatda insanların get-gedə daha çox “korrupsiya və üstünlük dövrəsini qırmağa söz verən populist liderlərə" üz tutduğuna diqqət çəkilir. “Transparency International” "bunun problemi daha da genişləndirəcəyi" barədə xəbərdarlıq edir.

Populist və avtokrat liderli ölkələrdə demokratiya zəifləyir?

"Populist və avtokrat liderli ölkələrdə tez-tez demokratiyanın zəiflədyini, vətəndaş cəmiyyətinə təzyiqləri, mətbuat azadlığının məhdudlaşdırıldığını, məhkəmələrin asılılığa yuvarlandığını görürük", - “Transparency International”ın rəhbəri Jose Ugaz-ın sözləridir.

Transparency International 2016
Transparency International 2016

Təşkilat rəhbəri bildirib ki, avtokrat liderlərin gücləndiyi Macarıstanla Türkiyə son illər korrupsiya indeksində də geriləyiblər:

"Tam tərsi, populist hökumətdən yaxa qurtarmış Argentinanın balı yaxşılaşmağa başlayıb".

Təşkilatın tədqiqat rəhbəri Finn Heinrich öz bloqunda yazır ki, hakimiyyətə qarşı olan partiyalar vaxtaşırı "korrupsiyalaşmış elita" ilə işçi əhali arasında bağlantılardan söz açır, amma hakimiyyətə gəlincə, adətən, korrupsiya problemini çözmürlər.

Sən dəmi, Trump?

"O ki qaldı Donald Trump-a, onun öz vədlərinə xəyanət etməsinin ilk əlamətləri artıq görünür. Artıq ABŞ prezidenti mövcud başlıca antikorrupsiya qanunlarının təsirini azaltmaqdan söz açır, korrupsiyanı artıracaq mümkün maraqlar konfliktini görməzdən gəlir", - Heinrich belə deyir.

“Transparency International”ın hesabatında bildirilir ki, Braziliyanın neft nəhəngi "Petrobras" və Ukrayna prezidenti Viktor Yanukovych-in cinayət əməlləri milli gəlirlərin "azlığın çoxluğun hesabına varlanması üçün necə talandığını" nümayiş etdirdi.

Təşkilat vurğulayır ki, cəmiyyətlərdə korrupsiya ilə güc və sərvətlərin qeyri-bərabər paylanması arasındakı mövcud halqanı qırmaqdan ötrü hökumətlər biznes liderləri ilə yüksək səlahiyyətli hökumət vəzifəliləri arasındakı fırlanan qapını dayandırmalıdırlar.

Ən az korrupsiya Danimarka və Yeni Zelandiyadadır

Təşkilat pulları yumağa kömək edən bank və digər şirkətlər üzərində nəzarətin gücləndirilməsinə, əsl sahiblərinin kimliyini gizlədən şirkətlərə qadağa qoyulmasına çağırır.

Buna da bax: AŞPA-dan korrupsiya qətnaməsi

176 ölkənin dövlət sektorunda korrupsiya qavrayışını əks etdirən hesabatda Danimarka və Yeni Zelandiyanın 90 xalla lider olduğu bildirilir. Daha sonra 89 xalla Finlandiya və 88 xalla İsveç gəlir.

ABŞ bayrağı
ABŞ bayrağı

ABŞ 74 xalla ötənilki 16-cı yerdən 18-ci yerə düşüb.

Hesabatda deyilir ki, MDB ölkələrində "siyasətçi, prokuror və oliqarxlar arasında toxunulmazlıq mədəniyyəti üstündür".

İndeksdə Rusiya 12 pillə geriləyərək 131-ci yerə - Ukrayna, Qazaxıstan və İranla eyni səviyyəyə düşüb.

Ukrayna builki hesabatda daha 2 bal qazanaraq cüzi irəliləyiş göstərib. Ancaq keçmiş prezident Viktor Yanukovych və ətrafı ilə bağlı korrupsiya cinayətlərinin araşdırılması hazırda "məhkəmə sistemindəki sistem problemləri" səbəbindən dayandırılıb. Hesabatda belə deyilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG