Keçid linkləri

Təcili xəbərlər
2023, 04 İyun, bazar, Bakı vaxtı 04:41

Pompeo NATO üzvlərinə Rusiya, Çin və İran təhlükəsindən danışıb


Dövlət katibi Mike Pompeo (solda) və NATO baş katibi Jens Stoltenberg

Birləşmiş Ştatlar NATO müttəfiqlərini bir daha hərbi xərclərini artırmağa çağırıb ki, alyans daha təcavüzkar Rusiya da daxil yeni təhlükələrə cavab vermək iqtidarında ola bilsin.

ABŞ dövlət katibi Mike Pompeo aprelin 4-də keçirilən NATO xarici işlər nazirlərinin iclasında deyib ki, “dünya güclərin yarışı adlı yeni eraya” daxil olub və 29 üzvü olan alyans “hazırda güclü olsa da” bundan sonra da möhkəmlənməsini dayandıra bilməz.

"Biz alyansımızı qalxmaqda ola təhlükələrə uyğunlaşdırmalıyıq…istər Rusiya təcavüzü olsun, istər nəzarətsiz miqrasiya, kiberhücumlar, enerji təhlükəsizliyinə hədələr, istərsə də yeni texnologiyalar və 5G də daxil Çinin strateji rəqabəti və başqa məsələlər…”

Ötən il Birləşmiş Ştatlar Çin, Rusiya və İranı özünün müdafiə strategiyasının başlıca hədəfi elan edib.

Stoltenberg "ölçü-biçi" barədə

NATO-nun yaradılmasının 70 illiyinə həsr edilmiş silsilə görüşlərdən birincisi ABŞ Dövlət Departametində keçirilib.

Bu görüşdə Rusiya və Qara dəniz hövzəsində baş verməkdə olan hadisələr, o cümlədən üç Ukrayna gəmisinin Rusiya tərəfindən həbs edilməsi məsələsi müzakirə edilib.

NATO-nun baş katibi Qara dənizdəki vəziyyət barədə məlumat verib və Rusiyanı Ukrayna gəmilərini və onların heyətlərini azad etməyə çağırıb.

Stoltenberg habelə Rusiyanın 1987-ci il INF müqaviləsini pozduğuna dair iddiaları təkrar edib.

O bildirib ki, “biz Moskvaya əvəz-əvəz ruhunda cavab verməyəcəyik. Biz ölçülü-biçili, habelə koordinasiyalı hərəkət edəcəyik. Bizim Avropada yerdən atılan yeni tipli nüvə raketləri yerləşdirmək fikrimiz yoxdur”.

ABŞ prezidenti Donald Trump tez-tez NATO üzvlərini öz hərbi xərclərini ÜDM-in 2 faizinə çatdırmadlıqarına görə tənqid edir.

Stoltenberg deyib ki, alyans üzvləri hərbi xərclərini artırmaq istiqamətində çox iş görüblər:

“Biz hərbi xərcləri artırmaq vədini Birləşmiş Ştatların xoşuna gəlmək üçün vermirik. Biz bu vədi ona görə veririk ki, daha xatalı və daha qeyri-müəyyən dünyada yaşayırıq”.

Pompeo Çin təhlükəsini ön plana çəkir

Pompeo bunu da vurğulayıb ki, NATO diqqətini həm də xüsusilə Çindən qaynaqlanan kibersilahlara yönəltməldir.

ABŞ rəsmiləri Huawei şirkətinin Avropada, xüsusilə də NATO üzvü olan ölkələrdə hegemonluğundan narahatdırlar. Onlar düşünürlər ki, Çin telekommunikasiya firmaları əhəmiyyətli informasiya təhlükəsi təşkil edir.

Vaşinqton xəbərdarlıq edib ki, Çinin Huawei texnologiyalarını qəbul edən ölkələrlə partnyorluq etməyəcək.

Lakin Avropa İttifaqı Vaşinqtonun bu şirkəti ittifaq boyunca bloklamaq çağırışını rədd edib. Avropanın əsas ölkələri NATO üzvüdürlər.

Vaşinqton bildirib ki, NATO görüşündə habelə Əfqanıstandakı vəziyyət, INF müqaviləsinin dayandırılması, NATO üzvü Türkiyənin Rusiyadan antiraket sistemləri alması məsələsi müzalkirə olunur.

Birləşmiş Ştatlar və başqa NATO ölkələri Ankaranı alyansın sisteminə uyğun gəlməyən Rusiya istehsallı S-400 antiraket sistemini almamağa çağırıblar. Bu sistem ABŞ-ın F-35 qırıcılarını vurmaq təyinatı ilə yaradılıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, NATO-nun Vaşinqton toplantısı onun Rusiya ilə hərbi və siyasi qarşıdurma planlarından əl çəkmədiyini göstərir.

XS
SM
MD
LG