Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:45

Huawei şirkətinə yeni ittihamlar səslənir


Huawei və 5G
Huawei və 5G

Çinin Huawei texnologiya nəhənginin direktor müavini şirkətin təhlükəsizlik öhdəliyinin arxasında durduğunu deyib. Bu açıqlamadan öncə isə Britaniya hökumətinin yaydığı hesabat Qərbin şirkətə təzyiqini artırmış olub. Hesabatda şirkət telekommunikasiya texnologiyasındakı təhlükəli qüsurları yoluna qoymamaqda suçlanıb.

Huawei Technologies Ltd. ötən il satışının 100 milyard dolları keçdiyini elan edib. Bu, ABŞ-ın təzyiqinə rəğmən baş verib, Amerika müttəfiqlərindən şirkəti təhlükəsizliyə hədə sayaraq ona məhdudiyyət qoymalarını istəyir.

Huawei rəsmi Pekinin casusluq fəaliyyətini asanlaşdırmaqda suçlanır. Bu iddialar şirkətin növbəti nəsil texnologiyaya milyardlarla dollar investisiya qoymağa hazırlaşan ölkələrdə fəaliyyətini əngəllərə bilər.

2 MİLYARD DOLLAR SƏRMAYƏ VƏDİ

Britaniyanın Milli Kiber Təhlükəsizlik Mərkəzi şirkətə fərqli cəbhədən hücuma keçib, onu “zəif proqramlaşdırma”da suçlayıb. Britaniyalı tədqiqatçılar deyiblər ki, Çin hökumətinin müdaxiləsini aşkarlamayıblar, amma Huawei sistemlərini kiberhücumlara məruz qoya biləcək qüsurları aradan qaldırmayıb.

Huawei-nin Kanadada saxlanmış maliyyə rəsmisi Meng Wanzhou
Huawei-nin Kanadada saxlanmış maliyyə rəsmisi Meng Wanzhou

Şirkətin direktor müavini Guo Ping birbaşa bu hesabatda səslənən iradlara cavab verməyib, amma bildirib ki, Huawei təhlükəsizliyi gücləndirmək məqsədilə nizamlayıcılarla işləyəcək. Onun sözlərinə görə, şirkət növbəti beş il ərzində proqramlaşdırmanı təkmilləşdirməyə 2 milyard dollar sərmayə vəd edib. O, ümidini bildirib ki, britaniyalılar zamanla Huawei-yə “inamı artıracaqlar”.

Huawei İsveçin LM Ericsson və Finlandiyanın Nokia korporasiyası ilə birlikdə beşinci nəsil – 5G telekommunikasiyasının hazırlanmasında qlobal liderdir. Bu texnologiyanın hədəfi mobil şəbəkələri genişləndirərək özügedən maşınları, tibbi cihazları, fabrik avadanlığını dəstəkləməsinə nail olmadır, amma bu zaman sistem həm də siyasi baxımdan həssas olur.

Huawei ABŞ-Çin gərginliyinin mərkəzində durur. ABŞ Çini kiber-casusluqda və İrana ticarət sanksiyalarını pozmaqda suçlayır.

Şirkətin baş maliyyə rəsmisi dekabrda Kanadada saxlanıb. ABŞ onu İranla razılaşmalarla bağlı banklara yalan danışmaqda ittiham edir.

Pekin isə buna cavab olaraq iki kanadalını saxlayıb.

2012-ci ildə ABŞ Konqresi Huawei-ni təhlükəsizliyə hədə adlandıran hesabat yayınca şirkətin ABŞ bazarı zəifləyib, amma başqa yerlərdə satış sürətlə artıb. Ötən il Huawei Apple şirkətini ötərək dünyada smartfon satışı üzrə Samsung-dan sonra 2-ci yeri tutub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG