Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 19:34

Pompeo Balkanlarda Moskvanın ‘bölücü fəaliyyətini’ müzakirə edəcək


Miike Pompeo
Miike Pompeo

ABŞ rəsmiləri bildirirlər ki, dövlət katibi Mike Pompeo gələn həftə Monteneqro və Şimali Makedoniyaya səfərləri zamanı “Rusiyanın bu ölkələrdəki təfriqəçi fəaliyyətini” müzakirə edəcək.

BMT Baş Assambleyasının kuluarlarında adının çəkilməsini istəməyən bir ABŞ rəsmisi sentyabrın 27-də AFP agentliyinə deyib:

“Getmək istədikləri istiqaməti seçmək bu suveren və müstəqil ölkələrin və onların xalqlarının öz işidir. Lakin məncə onların NATO üzvlüyünə can atması da onlar üçün çox mühümdür".

Monteneqro 2017-ci ildə şimal alyansının genişlənməsinə qarşı olan Rusiyanın narazılığına baxmayaraq NATO-nun 29-cu üzvü olub.

Sözü gedən ABŞ rəsmisi Monteneqronun NATO üzvlüyünə qəbul olunmasına maneçilik üçün 2016-cı ildə baş verdiyi iddia edilən çevriliş qəsdini yada salıb.

Bu hadisə ilə bağlı Monteneqro məhkəməsi bəzi müxalifət siyasətçilərini azadlıqdan məhrum edib. Məhkəmə habelə qiyabi olaraq iddia edilən Rusiya casuslarına da hökm oxuyub.

Rusiya habelə əvvəllər Makedoniya adlanan ölkə ilə onun qonşusu Yunanıstan arasındakı münasibətləri də əngəlləməyə çalışıb. İki ölkə Makedoniyanın adının dəyişdirilməsinə dair çətin və uzun danışıqlarda idilər.

Moskva bu danışıqların pozulmasına çalışırdı, çünki Makedoniyanın adının dəyişdirilməsi bu ölkənin NATO üzvlüyünə yolunu açacaqdı.

Bundan əvvəl Yunanıstan adına görə Şimali Makedoniyanın NATO və Avropa İttifaqı üzvlüyünü bloklayırdı. Afina israr edirdi ki, Makedoniya onun tarixi vilayətlərindən birinin adıdır.

Nəhayət 2018-ci ildə Şimali Makedoniya adını qəbul edən Makedoniya Yunanıstanla adının dəyişdirilməsinə dair saziş imzalamışdı.

Pompeo oktyabrın 4-də Monteneqroya səfəri əsnasında prezident Milo Djukanovic, baş nazir Dusko Markovic və xarici işlər naziri Srdjan Darmanoviclə görüşməlidir.

Dövlət katibi elə həmin gün prezident Stevo Pendarovski və baş nazir Zoran Zaevlə danışıqlar aparmaq üçün Şimali Makedoniyaya gedəcək.

Pompeonun Balkanlara səfəri onun 6 günlük Avropa turuna daxildir. O habelə İtaliyaya, Vatikana və Yunanıstana səfər edəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG