Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Rusiyanın Balkanlardakı rolu “dağıdıcıdır”


Aaron Wess Mitchell (solda) və Hashim Thaci birgə mətbuat konfransı keçirir, 12 mart, 2018-ci il
Aaron Wess Mitchell (solda) və Hashim Thaci birgə mətbuat konfransı keçirir, 12 mart, 2018-ci il

ABŞ-ın aparıcı rəsmisi Moskvanın Balkanlarda “getdikcə artan destruktiv rolu” barədə xəbərdarlıq edib, deyib ki, Rusiya regionda demokratiyaya zərbə vurur.

Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Wess Mitchell bunu martın 12-də Priştinada, Kosovo prezidenti Hashim Thaci ilə danışıqlardan sonra deyib.

“DESTRUKTİV ROL ARTIR”

“Balkanlarda dezinformasiyanın yayılmasında, demokratik institutların sarsıdılmasında Rusiyanın destruktiv rolunun getdikcə artdığını görürük”, – Mitchell deyib.

Rusiyalılarla danışıqlarımızda aydın şəkildə demişik ki, bu, nə onların, nə də region əhalisinin marağındadır”, – o bildirib.

Mitchell Kosovonu Serbiyayla münasibətlərin normallaşdırılması prosesini irəli aparmağa, Monteneqroyla sərhədin demarkasiyası məsələsini mümkün qədər tez həll etməyə çağırıb.

*** Buna da bax: Dövlət Departamenti Rusiya rəsmilərinə qarşı yeni sanksiyalar barədə məlumat verib

ABŞ rəsmisi regiona səfəri çərçivəsində Avropa Birliyinə namizəd ölkələr olan Makedoniya və Serbiyaya da baş çəkəcək.

Ötən həftə Birləşmiş Ştatların Avropadakı hərbi komandiri xəbərdarlıq edirdi ki, region getdikcə Rusiyadan daha çox açıq və gizli təzyiqə məruz qalır, Vaşinqtonla NATO regionda sabitsizlik yaranmamaqdan ötrü daha çox iş görməlidir.

“PROBLEMLƏRİMİZ YARANA BİLƏR”

Bu gün məni narahat edən bölgə Balkanlardır. Rusiya Balkanlarda iş başındadır və biz bu məkandan gözümüzü çəkmişik”, – ordu generalı Curtis Scaparrotti martın 8-də Senat komitəsində deyib.

Bizim bu ərazidə gələcəkdə problemlərimiz yarana bilər”, – o, sözlərinə əlavə edib.

Rusiyanın Serbiyayla güclü hərbi və mədəni əlaqələri var, ötən il Monteneqronun NATO-ya qəbuluna açıq etiraz edib.

*** Buna da bax: ABŞ və Baltik ölkələri ‘Rusiya təhlükəsini’ müzakirə ediblər

Fevralda Avropa Birliyi blokdan kənar qalmış altı Balkan ölkəsinin – Albaniya, Bosniya-Herseqovina, Kosovo, Makedoniya, Monteneqro və Serbiyanın inteqrasiyası üzrə yeni strategiya açıqlayıb.

Moskva rəsmən Balkan ölkələrinin AB-yə qoşulmasına qarşı çıxmır. Amma xarici işlər naziri Sergei Lavrov ötən ay Qərbi və AB-ni bu ölkələri Rusiyadan uzaqlaşdırmağa çalışmaqda suçlayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG