Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

ABŞ və Baltik ölkələri ‘Rusiya təhlükəsini’ müzakirə ediblər


ABŞ Dövlət katibi Rex Tillerson
ABŞ Dövlət katibi Rex Tillerson

Dövlət Departamenti bildirir ki, Rex Tillerson özünün Baltik ölkələrindən olan həmkarları ilə Rusiya “təhlükəsinin” qarşısının alınması yollarını müzakirə edib.

Birləşmiş Ştatlar və onun üç NATO müttəfiqi – Estoniya, Latviya və Litva “Rusiyanın dezinformasiya cəhdlərinin və ziyanlı kiberfəaliyyətinin qarşısının alınması məqsədilə əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər”.

Tillerson və Baltik ölkələrinin xarici işlər nazirləri “Rusiyanın Avropanın təhlükəsizliyinə təşkil etdiyi hədəni və Moskvanın öz qonşularının suverenlik və ərazi bütövlüyünə ehtiramsızlığını müzakirə ediblər”.

Baltik dövlətləri, xüsusilə də Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsindən sonra Moskvanın regiondakı niyyətlərindən narahatlıq ifadə edirlər.

Rusiya habelə kiberhücumlar təşkil etməkdə və Qərb seçkilərinə müdaxilə məqsədilə internetdən, xüsusilə də sosial mediadan istifadədə ittiham olunur.

Dövlət Departamenti bildirir ki, nazirlər həm də Trump-ın aprelin 3-də Vaşinqtonda qonaqlayacağı Baltik sammitinə hazırlığı müzakirə ediblər.

Ağ Ev bildirib ki, Trump və üç Baltik ölkəsi prezidentlərinin görüşü, Birləşmiş Ştatlarla “bu mühüm müttəfiqlər” arasında münasibətlərin yeni dövrünün başlanğıcı olacaq.

Bəyanatda deyilir ki, bu sammitdə kollektiv təhlükəsizlik, biznes, ticarət, enerji və mədəniyyət partnyorluğu məsələləri müzakirə olunacaq.

XS
SM
MD
LG