Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:49

Pompeo Pxenyanın tələbinə baxmayaraq danışıqlara rəhbərlik edəcəyini deyir


Mike Pompeo
Mike Pompeo

ABŞ dövlət katibi Mike Pompeo Şimali Koreya ilə nüvə danışıqlarından kənarlaşacağına dair xəbərləri rədd edib. Bundan əvvəl Şimali Koreya şəxsən onun bu danışıqlardan kənarlaşdırılmasını və bu prosesin “daha yetkin” birisinə tapşırılmasını istəmişdi.

Pompeo aprelin 19-da keçirdiyi mətbuat konfransında deyib ki, “heç nə dəyişməyib” və danışıqlar olduğu kimi davam etdirləcək:

"Mən hələ də komandaya rəhbərlik edirəm”.

O bunun ardınca əlavə edib ki, “əlbəttə bütün prosesə prezident Donald Trump başçılıq edir”.

Pxenyan bugünlərdə nüvəsizləşdirməyə dair danışıqlar dalana dirəndikdən sonra Pompeo ilə bağlı son dərəcə sərt bəyanatlar səsləndirib.

Şimali Koreya ABŞ-ın 1 nömrəli diplomatını “məsuliyyətsiz” və “naşı” adlandırıb, habelə onun gələcək danışıqlardan kənarlaşdırılmasını tələb edib.

Şimali Koreya bu ölkənin rəsmi xəbər agentliyinin verdiyi məlumata görə bu həftə “yeni yüksək dəqiqliyi olan taktiki silahı”sınaqdan keçirib.

Dövlət mediası aprelin 17-də xəbər verib ki, Kim Jong Un “qüdrətli başlığı olan silahın sınağına şəxsən rəhbərlik edib” və bu silahı Şimali Koreya cəbbəxanasına “çox sanballı töhfə” adlandırıb.

Pentaqon başçısının əvəzi Patrick Shanahan aprelin 18-də müxbirlərə demişdi ki, Cənubi Koreyadakı ABŞ qoşunlarının döyüş hazırlığı vəziyyəti dəyişməyib.

O Şimali Koreyanın sınaqdan keçirdiyi silah barədə yayğın məlumat verib və yalnız bunu bildirib ki, “bu ballistik raket olmayıb”.

Buna baxmayaraq bu sınağın ABŞ-la münasibətlərdəki gərginliyi artıracağını gözləmək olar. Trump bundan əvvəl Şimali Koreyanın raket və nüvə sınaqlarına son qoyduğu barədə dəfələrlə qürrələnmişdi.

Trump Şimali Koreya lideri Kimlə iki dəfə sammit keçirib, lakin fevral ayında Hanoyda keçirilən ikinci görüşdə ABŞ sanksiyaların qaldırılmasından əvvəl tam nüvəsizləşmə tələb etdikdən sonra danışıqlar dalana dirənib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG