Keçid linkləri

Təcili xəbərlər
2019, 24 May, Cümə, Bakı vaxtı 19:16

Şimali Koreya yeni silahı sınaqdan keçirdiyini deyir


Kim Jong-Un

Şimali Koreya “taktiki idarə olunan silahın” yeni növünü sınaqdan keçirdiyini bildirir. Xəbəri dövlət mediası yayıb.

Məlumata görə, silahın “xüsusi idarə olunan döyüş tərzi”, “güclü nüvə başlığı” var, ancaq detallar açıqlanmır.

Şimali Koreya lideri Kim Jong Un silahın ölkənin “döyüş gücünün artırılmasında” vacib olduğunu bildirib.

Bir gün öncə ABŞ-da mənzillənən monitorinq qrupu Şimali Koreyanın əsas nüvə sahəsində fəaliyyət aşkarlandığını bildirmişdi.

Kim ABŞ-dan həmkarı Donald Trump ilə Pxenyanın nüvə silahları və raket proqramları üzrə iki dəfə sammit keçirib, ancaq heç bir razılaşma əldə olunmayıb.

Ötən həftə Kim deyib ki, Trump ilə üçüncü sammitə açıqdır, ancaq prezident “düzgün münasibət”də olmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG