Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:15

Pomidor bahalaşır və ekspertlərin fikrincə daha da bahalaşacaq


Keşikçidağ - Gürcüstanla sərhəddə nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:15:19 0:00

Keşikçidağ - Gürcüstanla sərhəddə nə baş verir?

Son illərdə Azərbaycanda ət və ət məhsullarının sürətlə bahalaşması tərəvəzi, cüsusilə də pomidoruəhali üçün strateji məhsula çevirib. Məhz buna görə də bu il gözlənilmədən meyvə-tərəvəzin kəskin bahalaşması adamları ciddi narahat edir.

Məsələn, Bakı bazarlarında pomidorun qiyməti bu il keçən ilə nisbətən iki dəfəyə qədər, gilasın, əriyin kiloqramı isə 70 faizə qədər bahalaşıb.

Alıcının verdiyi “niyə bahalaşıb” - sualını AzadlıqRadiosu pomidor yetişdirən kəndlidən soruşub.

Masallının Həsənli kəndində fermerlər deyirlər ki, tərəvəzi yetişdirməyə su yoxdur:

“Ümumiyyətlə su gəlmir. Ona görə də hər şey qupquru yanır, töküm yoxdur, çox azdır. Sizdən xahiş edirik ki, bir tədbir görəsiz. Gəlin hal-hazırda kanallara da baxın. Su yoxdur, bir gilə də yoxdur. Ona görə də pomidor belə bahadır. Hər il çox əkilirdi. Bu il ümumiyyətlə az əkildi. Keçən il hamı əkdi, yiyə duran olmadı. Əsas səbəb budur - ona görə pomidor bahalaşdı”.

Keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirli AzadlıqRadiosuna deyir ki, kənd təsərrüfatı sahəsində çalışan sahibkarın durumuna hökumət daha çox diqqət yetirməlidir, kreditə çıxış imkanını artırmalıdır.

Bazarda bahaçılıqdır- Baki sakinləri qiymətlər haqda
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Aqrar İslahatlara Dəstək İctimai Birliyinin rəhbəri Vahid Məhərrəmov isə deyir ki, bahalaşmaya səbəb qıtlıqdır, qıtlığı yaradan məhsuldarlığın aşağı olmasıdır. Onun sözlərinə görə, ölkədə məhsuldarlıq ilbəil aşağı düşür - çünki torpağa lazım olan qayğı yoxdur:

“Topraqlarda münbitliyi bərpa etmək lazımdır. Torpaqlar münbitliyini itirir. Torpağa üzvü gübrə ümumiyyətlə verilmir. Mineral gübrələr isə keyfiyyətsizdir və torpağın keyfiyyətini pisləşdirir. Əlbəttə ki, bu da özünü məhsuldarlığın aşağı düşməsində göstərir”.

Bahalaşma artacaq

Vahid Məhərrəmov bildirir ki, əgər hökumət torpağın, kəndlinin qayğısına qalmasa, meyvə-tərəvəz bir az da qıtlaşacaq, bahalaşma artacaq.

Bazarlarda meyvə də bahalaşıb. Bunu Kənd Təsərrüfatı Nazirliyi bu yaz rayonlara dolu düşməsi ilə izah edib, bildirib ki, ərik və gilas ağaclarına ciddi ziyan dəyib.

Gün ərzində nazirliklə əlaqə cəhdlərimiz alınmadı, mətbuat xidməti telefon zəngimizə cavab vermədi.

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev isə iyulun 11-də Report agentliyinə bidirib ki, ölkədə kənd təsərrüfatı məhsullarının bahalaşması ilə bağlı təlaşa ehtiyac yoxdur, bazar liberaldır, qiyməti tələb-təklif tənzimləyir.

"Kənd təsərürfatı məhsullarının bazarı liberaldır. Qiyməti tələb-təklif tənzimləyir. Biz nə istehsalçının, nə də istehlakçının ziyana düşməsini istəyirik. Sadəcə, bəzi məhsullar mövsümdən və iqlim şəraitindən asılı olaraq bahalaşır və yaxud ucuzlaşır".

Keçmiş deputat Nazim Bəydəmirli isə deyir ki, əksinə, Kənd Təsərrüfatı Nazirliyi və müxtəlif qurumlar özləri bazar iştirakçısıdır, sahibkara rəqib olurlar. Üstəlik, bu qurumlar bazarda dövlət büdcəsi hesabına iştirak edirlər və sahibkarlar onlara rəqabətdə uduzurlar. İqtisadçı hesab edir ki, bu sahənin inkişafı üçün dövlət fermerləri dəstəkləməlidir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2006-cı ildən üzü bu yana məhsuldarlıq aşağı düşür. Məsələn, son 10 ildə hər hektardan alınan meyvə və giləmeyvə məhsuldarlığı 10 faiz azalıb.

Tərəvəz əkin sahələri isə 2006-cı ildən bəri 15 faizə qədər aşağı düşüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG