Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

Kənd təsərrüfatı nazirinin müavini: ‘Təlaşa ehtiyac yoxdur’


Turkmenistan. Turkmenistan strengthens its position as an exporter of fruits and vegetables, TDH agency reports.
Turkmenistan. Turkmenistan strengthens its position as an exporter of fruits and vegetables, TDH agency reports.

“Azərbaycanda kənd təsərrüfatı məhsullarının bahalaşması ilə bağlı təlaşa ehtiyac yoxdur".

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

"Kənd təsərürfatı məhsullarının bazarı liberaldır. Qiyməti tələb-təklif tənzimləyir. Biz nə istehsalçının, nə də istehlakçının ziyana düşməsini istəyirik. Sadəcə, bəzi məhsullar mövsümdən və iqlim şəraitindən asılı olaraq bahalaşır və yaxud ucuzlaşır", - deyə o qeyd edib.

"Bu yaxınlarda dövlət kartof və soğanın ixracına məhdudiyyətlər tətbiq etdi. Zərurət yaranarsa, daxili bazarın tənzimlənməsi ilə bağlı bu kimi tədbirlər həyata keçiriləcək", - deyə İlham Quliyev əlavə edib.

Bu il Azərbaycanda meyvə-tərəvəz ötən illərlə müqayisədə çox bahadır. Kənd təsərrüfatı mütəxəssislərindən bunu hava şəraitinin əlverişsiz keçməsi, mövsümün 15 gün keçikməsi ilə izah edənlər də var. Amma bəzi ekspertlər bu qənaətdədir ki, kəndlinin bazara, kənd təsərrüfatı yarmarkalarına birbaşa çıxışına imkan yaradılmaması, bu sahədə də inhisarın mövcudluğu qiymət artımına səbəb olur.

XS
SM
MD
LG