Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:50

Polşa Ukraynaya görə Rusiyanı xatirə mərasiminə dəvət etmədi


Ukrayna və Polşa prezidentləri Petro Poroshenko (solda) və Andrzej Duda
Ukrayna və Polşa prezidentləri Petro Poroshenko (solda) və Andrzej Duda

Polşa Rusiyanın nümayəndə heyətini II Dünya Müharibəsinin başlanmasının 80 illiyinin anım mərasiminə dəvət etməyib.

Prezident Andrzej Dudanın sözçüsü Krzysztof Szczerski martın 20-də Polşanın PAP xəbər agentliyinə deyib ki, Rusiya senyabr ayında keçiriləcək mərasimə Ukraynadakı hərəkətlərinə etiraz olaraq dəvət edilməyib.

Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən və Ukraynanın şərqindəki moskvayönlü separatçılara dəstək verməyə başladıqdan sonra çoxsaylı beynəlxalq sanksiyalara hədəf olub.

Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, bu sayqısızlıqdan “çaşqınlıq” hissi keçirir:

"Bizim ölkəmizin Hitler Almaniyasının məğlub edilməsinə və Polşanın nasist işğalçılardan azad olunmasına verdiyihəlledici töhfəyə baxmayaraq, Rusiya üçün bu mərasimdə yer tapılmayıb”.

Rusiya prezidneti 2009-cu ildə Polşaya getmiş və orada II Dünya Müharibəsinin başlanmasının 70-cı ildönümünə həsr edilmiş mərasimdə nitq söyləmişdi.

1939-cu ilin 17 sentyabrında nasist Almaniyası Polşaya hücum etdikdən üç həftə sonra Sovet ordusu da Polşaya müdaxilə edərək onu Almaniya ilə bölüşdürüb.

II Dünya Müharibəsi beləcə başlanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG