Polşanın Müdafiə Nazirliyi ölkədəki bütün qadınlarını döyüş kurslarında iştirak etməyə çağırıb. Kurslar pulsuzdur.
Silahsız döyüş kursları noyabrın 19-dan iyunun 3-ə qədər ölkədəki 30 hərbi hissədə keçiriləcək.
Müdafiə naziri Antoni Macierewicz deyib ki, məqsəd həm qadınlara əsas döyüş texnikasını öyrətmək, həm də onları idmana cəlb etməkdir.