Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:29

Polşa sərhədini keçmək istəyən miqrantlar saxlanıb


Polşa-Belarus sərhədi
Polşa-Belarus sərhədi

Polşa Müdafiə Nazirliyi bildirib ki, Belarus qüvvələri kəşfiyyat aparıb, sərhəddə bir yerdə səddi dağıdıblar

Polşa-Belarus sərhədində gərginlik qalır, əsgərlər Avropa Birliyi ərazisinə keçmək istəyən 100-dək miqrantı saxlayıb. Yüzlərlə miqrantın isə İraqa dönmək üçün qeydiyyatdan keçdiyi xəbər verilir.

Polşa ordusu Minski noyabrın 18-nə keçən gecə sərhəddə onlarla miqrantın peyda olmasında suçlayıb.

Belarusluların təhriki ilə...

Son həftələr Yaxın Şərqdən minlərlə miqrant Polşa-Belarus sərhədinə yığışıb, şaxtalı havaya, bərbad şəraitə baxmayaraq AB-yə keçməyə çalışıb.

Varşavada Müdafiə Nazirliyi bildirib ki, Belarus qüvvələri kəşfiyyat aparıb, sərhəddə bir yerdə səddi dağıdıblar.

“Bundan sonra belaruslular miqrantları Polşa əsgərlərinin diqqətini yayındırmaq üçün onlara daş atmağa vadar ediblər. Bir neçə yüz metr kənarda isə sərhədi keçməyə cəhd olunub”, – nazirlik bildirib.

Bu arada İraqın Xarici İşlər Nazirliyi yüzlərlə mirqrantın ölkəsinə qayıtmağa hazırlaşdığını açıqlayıb. Nazirlik onların əsasən İraq kürdləri olduğunu bildirib.

Merkelin Lukaşenkaya ikinci zəngi

Brüssel Belarusun avtoritar lider Alyaksandr Lukaşenkanı AB-nin sanksiyalarına cavab olaraq miqrant böhranını qızışdırmaqda suçlayır. Sanksiyalar hökumətin dinc etirazçılara divan tutmasına görə tətbiq olunub.

Polşa noyabrın 17-də xəbərdarlıq edib ki, böhran aylarla, hətta illərlə çəkə bilər. Bir gün öncə isə daş atan miqrantlara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə olunub.

Almaniya Kansleri Angela Merkel noyabrın 17-də Lukaşenkaya zəng edib, miqrantların evlərinə qayıtması üçün AB-nin humanitar yardım ayıracağını deyib.

Bir həftə içində sayca ikinci olan bu zəng birmənalı qarşılanmayıb.

Merkelin zənglərinədək AB Lukaşenkanı Belarusun legitim lideri kimi tanımayıb, 2020-ci ilin saxtalaşdırılmış prezident seçkisindən sonra onunla təmas qurmayıb. Məhz həmin seçkinin nəticələrinə etiraz edənlərə divan tutulmuşdu.

XS
SM
MD
LG