Keçid linkləri

2024, 29 Aprel, Bazar ertəsi, Bakı vaxtı 19:31

Belarusa qarşı sanksiyaların ‘kriteriyası’ barədə razılığa gəliblər


Polşa əsgərləri sərhədi mühafizə edirlər
Polşa əsgərləri sərhədi mühafizə edirlər

Avropa İttifaqına daxil ölkələrin xarici işlər nazirləri noyabrın 15-də Minskə qarşı miqrant böhranı ilə bağlı yeni sanksiyaların kriteriyası barədə razılığa gəliblər.

Avropa İttifaqı Belarusu Polşa-Belarus sərhədində bilərəkdən miqrant böhranı yaratmaqda ittiham edir.

AzadlıqRadiosunun müxbiri bildirir ki, nazirlərin yığıncağından sonra elan edilmiş bəyannaməyə görə Avropa İttifaqı yeni konsepsiyaya uyğun olaraq sanksiya siyahısına Alyaksandr Lukaşenka rejiminin miqrant böhranı ilə əlaqəsi olan rəsmiləri daxil edə bilər.

Bundan əvvəl verilən xəbərlrədə deyilirdi ki, noyabrın 15-də konkret sanksiya siyahısı təsdiqlənəcək. Amma AzadlıqRadiosu müxbirinin verdiyi məlumata görə bu baş verməyib. Müxbir bildirir ki, siyahının müzakirəsi davam etdiriləcək və bu proses bir neçə həftə çəkə bilər.

Financial Times qəzetinin mənbəyi bildirir ki, siyahıya Minsk hava limanı daxil edilə bilər. Yaxın Şərq miqrantları Belarusa məhz bu hava limanından gəlirlər.

Sanksiyalar siyahısına habelə 20-dək Belarus məmuru, Minsk mehmanxanası, Suriyanın Cham Wings Airlines və Belarusun Belavia aviasiya şirkətləri salına bilər.

Sanksiyalar ləngiyir

Bundan əvvəl Bloomberg saytı yazırdı ki, Aİ başqa aviasiya şirkətlərinə, o cümlədən Türk Hava Yollarına və Rusiyanın Aeroflot şirkətinə qarşı da sanksiyalar tətbiq edə bilər. AzadlıqRadiosunun müxbiri xəbər verib ki, bu addım da atılmayıb.

Son aylarda Belarusa əsasən İraq və Suriyadan on minlərlə miqrant gəlib. Onlar Polşa, habelə Aİ üzvü olan Litva və Latviyanın ərazisinə keçməyə çalışrılar. Onların bir çoxu Almaniyadan sığınacaq istədiklərini bildirir.

Polşa Belarusla sərhədinə minlərlə hərbçi gətirib və miqrantların qarşısını almağa çalışır.

Son günlərdə sərhəddəki böhran daha da dərinləşib. Miqrantlar sərhəd yaxınlığında böyük düşərgə salıblar.

Onlardan bəziləri Polşa ərazisinə zorla keçmək cəhdləri edirlər.

Axın demək olar dayanıb

Bu arada Belarusa miqrant axınının cilovlanması məqsədilə bir sıra tədbirlər görülür. Beləki Türkiyə və Suriya aviasiya şirkətləri İraq, Suriya və Yəmən vətəndaşlarının onların təyyarələrindən istifadəsini qadağan ediblər.

Eyni zamanda Belarusun Belavia şirkəti sözü gedən ölkələrin vətəndaşlarının Türkiyə reysləri ilə daşınmasını dayandırıb.

Avropa İttifaqının xarici işlər komissarı Jozep Borrell noyabrın 15-də bəyan edib ki, görülən təbirlərin nəticəsində Belarusdan yeni miqrant axını demək olar dayanıb.

Noyabrın 15-də Birləşmiş Ərəb Əmirlikləri bir sıra ölkə vətəndaşlarının Dubay-Minsk reysləri ilə uçmasını qadağan edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG