Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:56

Türkiyə Yaxın Şərqdən gələnləri Minskə buraxmır


Polşa-Belarus sərhədində miqrantlar
Polşa-Belarus sərhədində miqrantlar

Belarusun Belavia dövlət hava yolları konserni noyabrın 12-də bildirib ki, Türkiyədən İraq, Suriya və Yəmən vətəndaşlarının daşınmasını dayandırıb. Bu, Belarus-AB sərhədində miqrant böhranından dolayı Türkiyə rəsmilərinin xahişilə edilib.

Türkiyə aviasiya orqanları Belavia-nın məlumatını təsdiqləyib, noyabrın 12-dən İraq, Suriya və Yəmən vətəndaşlarına Türkiyədən Minskə bilet satılmayacağını bildirib.

Bu ilin mayında Belavia-nın AB məkanından uçuşları qadağan edilib. O zaman Belarus hakimiyyəti beynəlxalq Ryanair təyyarəsini məcburən Minskə endirmiş, Belarus rejiminin tənqidçisini və onun rusiyalı sevgilisini saxlamışdı.

Miqrantların pullarını qarət ediblər

Bir gün öncə Qərb ölkələri BMT-də Belarusun miqrant siyasətini kəskin tənqid ediblər. Bu siyasət Yaxın Şərq ölkələrindən minlərlə miqrantın Belarusun Polşa ilə sərhədinə yığışmasıyla nəticələnib.

Bu arada Belarus QHT-si İraq və Suriyadan üç miqrantın sərhəd yaxınlığında zorakılıqla qarət olunduğunu açıqlayıb.

Grupa Granica (Sərhəd Qrupu) adlı QHT-nin məlumatına görə, miqrantlardan bir iraqlı başından xəsarət alandan sonra xəstəxanada müalicə olunub. Miqrantların su istədikləri qarətçilər onların bir neçə min dollarını əllərindən alıb.

Polşanın TVN24 televiziyası isə yerli polisə istinadla iki qrup miqrantın Belarusla sərhədi qanunsuz keçməsinin önləndiyini xəbər verib.

“Hibrid müharibə” taktikası

AB liderləri Minski “hibrid müharibə” taktikasında suçlayır, Yaxın Şərq və Afrikanın yoxsul ölkələrindən miqrantları şirnikləndirərək gətirdiyini, onları Polşa, Litva və Latviya sərhədlərinə yönləndirdiyini bildirir. Bunun AB-nin sanksiyalarına cavab olaraq edildiyi deyilir.

Birləşmiş Ştatlar, Britaniya, Estoniya, Fransa, İrlandiya, Norveç və Albaniya isə noyabrın 11-də BMT-nin Təhlükəsizlik Şurasının Nyu Yorkda iclasından sonra birgə bəyanat veriblər. Onlar Belarusun siyasi məqsədlər naminə insanların həyatı və rifahını idarə etməsini pisləyib, buna güclü beynəlxalq reaksiya verməyə çağırıblar.

Bəyanatda Belarusun avtoritar lideri Alyaksandr Lukaşenkanın regional sabitliyə təhdidə çevrildiyi vurğulanır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG