Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:48

Lukaşenka Avropanı qazı və yolu bağlamaqla hədələyir


Lukaşenka xatırladıb ki, Belarusdan transmilli Yamal-Avropa qaz ixracı magistralı keçir

Belarusun avtoritar başçısı Alyaksandr Lukaşenka Avropa İttifaqını Minskə qarşı yeni sanksiyalara cavab olaraq ölkə ərazisindən keçən tranzit yükləri və qazı dayandırmaqla hədələyib.

Belarusun dövlət BelTA agentliyinin məlumatına görə Lukaşenka deyib:

“Əgər biz sabah Belarusdan keçən tranziti dayandırsaq necə? Ukraynadan getməyəcək, çünki orada Rusiya sərhədi bağlıdır. Baltika tərəfdən də yol yoxdur. Əgər biz bunları polyaklar üçün, deyək ki, almanlar üçün bağlasaq, necə olacaq? Biz öz suverenliyimizi və müstəqlliyimizi müdafiə edərkən qarşımızı heç nə almamalıdır. Biz Avropanı qızındırırıq, onlar hələ bir bizi sərhədi bağlamaqla hədələyirlər. Əgər ora gedən təbii qazı bağlasaq, necə olsun?”

Lukaşenka xatırladıb ki, Belarusdan transmilli Yamal-Avropa qaz ixracı magistralı keçir.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Belarusdan keçən dəmir yolu ilə Çin özünün “bir qurşaq-bir yol” proqramı çərçivəsində tranzit yüklərini daşıyır. Bundan başqa avtobil yolları ilə Avropadan Rusiyaya yüklərin üçdə ikisi daşınır.

Digər tərəfdən Belarus iqtisadiyyatı ixracatının 47 faizini nəqliyyat xidmətləri təşkil edir.

“Mən bu başsız alçaqlara...”

Lukaşenka daha sonra deyib:

“Biz onlara heç nəyi bağışlamalı deyilik. Polşa bizi qorxudur ki, sərhədi bağlayacaq. Buyurun, bağlayın. Ora daha az qaçqın keçər. Məsələ bunda deyil. Mən bu başı olmayan alçaqlara mat qalıram. Əgər biz Belarusdan keçən tranziti bağlasaq, necə olacaq?”

AzadlıqRadiosu yazır ki, iyulun sonlarında Rusiyanın Gazprom şirkəti Yamal-Avropa kəməri ilə qazın həcmini üçdə bir qədər azaldıb.

İyulun 31-ə olan məlumata görə qazın həcmi (Almaniyanın girişində) 84 milyon kubmetrdən 50 milyon kubmetrə enib.

Polşa Gazprom-la müqaviləni uzatmayacaq

Gazprom ümumilikdə Avropa İttifaqının istehlak etdiyi qazın 30 faizindən çoxunu təchiz edir.

Bundan sonra Polşa hökuməti bəyan etmişdi ki, Gazprom şirkəti ilə qaz təchizatına dair müqavilənin müddətini uzatmayacaq. Bu müqavilənin vaxtı gələn ilin sonlarında qurtarır.

Bugünlərdə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bəyan etmişdi ki, Avropa İttifaqı gələn həftə Belarusa qarşı sanksiyaları genişləndirəcək.

Onun sözlərinə görə, ABŞ da dekabrın əvvəllərindən Minsk üzərinə yeni sanksiyalar qoyacaq.

Belarus üzərinə beynəlxalq təzyiqlər son həftələrdə, bu ölkə ilə Polşa arasındakı sərhəddə miqrant böhranının yaranması ilə əlaqədar artıb.

Avropa İttifaqı Alyaksandr Lukaşenkanı bu böhranı bilərəkdən yaratmaqda ittiham edir. Brüssel bildirir ki, Lukaşenka bu yolla Avropa İttifaqından onun üzərinə qoyulmmuş sanksiyaların qisasını alır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG