Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

Belarus Krımı ‘hazırda’ Rusiya ərazisi hesab etdiyini bildirib


Alyaksandr Lukaşenka (sağda) və xarici işlər naziri Vladimir Makey
Alyaksandr Lukaşenka (sağda) və xarici işlər naziri Vladimir Makey

Belarusun xarici işlər naziri Vladimir Makey Rusiyanın RIA Novosti agentliyinə müsahibəsində deyib ki, “Krım hazırda Rusiya ərazisidir”

Belarusun xarici işlər naziri Vladimir Makey Rusiyanın RIA Novosti agentliyinə müsahibəsində deyib ki, “Krım hazırda Rusiya ərazisidir”:

"Belarusun Krıma münasibətdə mövqeyi olduğu kimi qalır. Biz reallıqda başa düşürük ki, Krım hazırda Rusiya ərazisidir. Gəlin bundan çıxış edək”.

Alyaksandr Lukaşenkanın özü ilhaq edilmiş Krımın statusu barədə suallara indiyədək birmənalı cavab verməyib.

Lukaşenka 2019-cu ildə Şuster LIVE proqramına demişdi:

"Hüquqi baxımdan mübahisə etmək olar ki, doğrudan da ərazi bütövlüyü, suverenlik və sair pozulub. Bunu mübahisələndirmək olar. Amma reallıqda orada sahib rusiyalılardır”.

Amma o 2015-ci ildə Bloomberg müxbirinə demişdi ki, “hər hansı ilhaqın” qəti əleyhinədir:

"Mən Krımda hər şeyin necə baş verdiyini bilirəm. Mən heç vaxt radikal mövqe tutmamışam. Mən Ukrayna rəhbərliyinə irad tutmuşam. Ukrayna rəhbərliyi deyir ki, Krım onların ərazisidir. Düzdür? Baxın tutaq ki, siz Ukrayna prezidentisiniz və sizin (çox mühüm) ərazinizə qarşı təcavüz olub. Siz nə etməlisiniz? Öz ərazinizi qorumalısınız. Amma Ukrayna bu ərazini qorumaq üçün heç nə etməyib. Onlar faktiki olaraq baş verənlərlə razılaşıblar”.

Noyabrın 4-də Ali Dövlət Şurasında İttifaq Dövləti barədə dekret imzalananda Aleksandr Lukaşenka gileylənmişdi ki, Putin Krıma gedəndə onu özü ilə aparmayıb.

Bundan sonra Belarus parlamentinin deputatı, parlamentin beynəlxalq məsələlər üzrə daimi komissiyasının sədri Andrey Savinıx bəyan etmişdi ki, “Belarus tərəfi Krımı artıq çoxdan Rusiya ərazisi hesab edir”.

O demişdi ki, “sadəcə olaraq bunu rəsmiləşdirmək üçün hər hansı siyasi bəyanat verilməyib”.

Lukaşenka dara düşüb

Bu bəyanat barədə şərh verərkən Kremlin sözçüsü Dmitri Peskov demişdi ki, Belarus parlamenti bu ölkənin xarici siyasətini müəyyənləşdirmir və bu məsələ tamamailə prezidentin səlahiyyətlərinə daxildir.

Belarus müxalifətinin hazırda xaricdə mühacirətdə olan lideri Svyatlana Tsixanovskayanın hüquqi məsələlər üzrə müşaviri Aleksandr Dobrovolski deyib ki, o Lukaşenkanın ilhaq edilmiş Krımı Rusiya ərazisi kimi tanıyacağını istisna etmir.

Müşavirin sözlərinə görə Kreml bunu etməsi üçün Lukaşenkaya daim təzyiq göstərir:

"Çünki Lukaşenka hazırda həm ölkənin daxilində, həm də beynəlxalq arenada böyük çətinliklərlə üzləşib və Rusiyanın dəstəyi olmadan çətin ki, bu vəziyyətin öhdəsindən gələ bilsin”.

Rusiya Krımı 2014-cü ilin martında ilhaq edib və burada referendum keçirib.

Beynəlxalq təşkilatlar nə bu ilhaqı, nə də referendumun nəticələrini tanımayıblar.

Qərb Krımı ilhaq etdiyinə görə Rusiyanın üzərinə iqtisadi sanksiyalar qoyub.

Kreml Krımı ilhaq etdiyini inkar edir və bunu “tarixi ədalətin bərpası” adlandırır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG