Keçid linkləri

Təcili xəbərlər
2020, 16 İyul, Cümə axşamı, Bakı vaxtı 20:26

Polis zabiti cəzalandırıldı


Polis. Foto arxiv

Yasamal rayonu 26-cı polis bölməsinin sahə müvəkkili olmuş Azər Qasımov cəzalandırılıb. Dələduzluqda suçlanan keçmiş polis zabitinə fevralın 12-də 4 il 6 ay həbs cəzası kəsilib. O, oğlu həbsdə olan qadından 25 min manat pul alıb, onu aldatmaqda təqsirli bilinib.

İddia olunur ki, A.Qasımov 25 min manatı bir neçə dəfəyə (Maştağadakı psixiatriya klinikasından rəy almaq üçün 2300, ekspertizanın zərərçəkənin yalan danışması haqda rəy verməsi üçün 5000 manat, məhkəmədə təkrar ekspertiza adıyla 4500 manat, müstəntiqə 10 min manat və s.) alıb.

Zərərçəkmiş Fatimə İsmayılova deyir ki, sabiq polis zabitinə verdiyi pulların bir hissəsini sələmlə götürmüşdü, bir hissəsini də kredit. Amma A.Qasımovun həbsindən sonra onun yaxınları pulu qaytarıb. Ona görə də F.İsmayılova məhkəmədə ondan şikayətçi olmayıb: «Azər müəllim qaynımın qonşusudur. Deyirdi, lazım olan yerlərdə tanışları var, bizə kömək eləyəcək. Bir oğlum var, onu şərləmişdilər, nə desəydi, razılaşırdım».

A.Qasımova həm dələduzluq, həm də rüşvət verməyə təhrik ittihamı verilib. O, özünü qismən təqsirli bilir. Dələduzluq ittihamını qəbul etsə də, kimsəni hansısa əmələ təhrik etmədiyini bildirib.

Cəzalandırılan polis zabiti Bakı Dövlət Universitetinin mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri, professor Alış Qasımovun oğludur.

XS
SM
MD
LG