Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:11

MSK sədri narazı namizədlərə müraciət edib


Məzahir Pənahov
Məzahir Pənahov

“Özünü təbliğ et, amma bizi də gözdən salma”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün, fevralın 17-də keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

APA agentliyinin xəbərinə görə, o, bəzi deputatlığa namizədlərin iradlarına münasibət bildirərkən həmin sözləri söyləyib.

MSK sədri bildirib ki, MSK-ya daxil olan müraciətlərin hamısına, hətta daha artığına baxılır:

“Biz MSK-ya daxil olan müraciətlərin hamısına, hətta daha artığına baxırıq”.

Fevralın 17-də bəzi namizədlər MSK binası önündə də narazılıqlarını ifadə ediblər, polis onları hadisə yerindən kənarlaşdırıb.

Namizədlər bunu düzgün saymayıblar. Amma baş verənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

***

Fevralın 17-də Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında toplaşan bəzi deputatlığa namizədlər ərazidən uzaqlaşdırıb.

Namizədlərin sözlərinə görə, onlar MSK-nın qarşısına fevralın 9-da keçirilmiş Milli Məclisə seçki zamanı pozuntulara etiraz etmək üçün toplaşıblar.

Hadisə yerinə gələn polis həmin şəxsləri MSK-nın qarşısından uzaqlaşdırsa da, onlardan 76 saylı Lənkəran-Astara seçki dairəsi üzrə namizəd Xalid Bağırov hər gün qurumun qarşısında aksiya keçirəcəyini bildirib. «Mənim buna mənəvi haqqım var. Məşvərətçim Jalə Bayramovanın hayqırtısını (fevralın 9-u, seçki günü ona fiziki zor tətbiq edildiyi deyilir-red.) Məzahir Pənahov eşitməyənə qədər hər gün bura gələcəm».

Seçki məntəqəsində döyülən Jalə Bayramova başına gələnləri danışır
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

MSK növbəti müraciəti DSK-ya göndərib

Mərkəzi Seçki Komissiyası fevralın 17-də keçirilən iclasda 42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə müraciətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyasına (DSK) göndərilməsinə qərar verib.

Fevralın 17-də MSK ümümilikdə 10-a yaxın dairə üzrə şikayətləri uygun DSK-lara yönəldib.

MSK bundan əvvəl də bir çox şikayəti DSK-lara göndərib.

7 məntəqənin nəticələri ləğv edilib

Mərkəzi Seçki Komissiyası (MSK) 34 saylı Xətai ikinci seçki dairəsinin 7 seçki məntəqəsi üzrə səsvermənin nəticələrini etibarsız hesab edib.

Bununla bağlı qurumun bu gün, fevralın 17-də keçirilən iclasında qərar verilib. İclasda deputatlığa namizədlər Səməd Rəhimli və digərlərinin müraciətinə baxılıb.

MSK-dan verilən məlumata görə, şikayətçilər 35 protokol təqdim ediblər. «Müəyyən edilib ki, onun 8-i orijinal, qalanları isə kserosurətdir. 7 məntəqədə bizə təqdim edilən protokollar arasında müəyyən fərqlər mövcuddur», - qurumdan qeyd edilib.

MSK həmin dairədən, hələlik, lider namizəd kimi V çağırış Milli Məclisin üzvü Mixail Zabelinin adını açıqlayıb.

Bundan başqa, iclasda 12 saylı Qaradağ-Binəqədi-Yasamal və 51 saylı Qusar seçki dairələri üzrə müraciətlərin araşdırılması üçün uyğun dairə seçki komissiyalarına göndərilməsinə qərar verilib.

Polis MSK qarşısında aksiyanı belə dağıtdı (Yekun video)
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

Xatırlatma

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri qazanıb.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. Rəydə seçkiyə aid bir sıra tənqidi fikirlər yer alıb.

Hazırda da bir çox dairələr üzrə şikayətlər eşidilməkdədir. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq. Bundan sonra 4 dairədə nəticələr ləğv edilib.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi. Amma 2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG