Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:50

Xanımı: 'Polad Aslanovun səhhətində problem yaranıb'


Polad Aslanov
Polad Aslanov

Həbsdə olan xeberman.com sayt-ın redaktoru Polad Aslanov-un səhhətində problemlər yarandığı bildirilir

Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova AzadlıqRadiosuna bildirib ki, ərinin səhhətindəki problemlərlə bağlı ona onun özü iyulun 27-də 1 saat davam edən görüşü zamanı bildirib:

"Polad Aslanov ürək-damar xəstəsidir. Hal-hazırda ürəyinin ağrıları dayanmır. O həkim tələb edəndən sonra gəlib müayinə edirlər, lakin" heç nə yoxdur" deyib gedirlər. Amma Polad ürəyinin ağrısından nə qidalana, nə də yata bilir, getdikcə çəki itirir".

Gülmirə Aslanova qeyd edib ki, yoldaşının həbsi qeyri qanunidir və peşə fəaliyyəti ilə bağlıdır:

"Polad Aslanov yazıları ilə DTX-nin bəzi əməkdaşlarının korrupsiya, monopoliya əməllərini ifşa edib. İndi isə ondan qisas alınır" .

G. Aslanovanın vurğulamasına görə, sayt redaktorunun özü qeyri-qanuni həbsi ilə bağlı Baş Prokuror Zakir Qaralova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə müraciətlər edib. Müraciətlərə, hələki, cavab yoxdur.

Polad Aslanovun səhhətinin pisləşməsi və lazımı tibbi müalicəni almaması ilə bağlı xanımının dediklərinə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

G.Aslanovanın ərinin həbsini peşə fəaliyyəti ilə izah etməsi və bununla bağlı səsləndirdiyi fikirlərə də DTX və başqa rəsmi qurumlardan münasibət almaq cəhdləri nəticə verməyib.
Amma rəsmilər bir qayda olaraq Azərbaycanda inasanların peşə fəaliyyəti və tənqidi mövqeylərinə görə, həbs edilməsilə bağlı deyilənləri əsassız sayırlar.

Xatırlatma

P.Aslanov iyunun 12-də saxlanılıb, 14-də isə Sәbail Rayon Mәhkәmәsinin qərarıyla barəsində ilkin istintaq dövrü üçün 4 aylıq hәbs qәtimkan tәdbiri seçilib.O, CM-nin 274-cü maddәsi ilә (dövlәtә xәyanәt) ittiham olunur. Bu ittihamda 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

DTX-nın yaydığı rəsmi açıqlamada iddia olunur ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb.Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

Polad Aslanov 2018-ci il aprelin 19-da - 29 yaşında hərbi xidmətə aparılmışdı.

O zaman ailəsi bildirirdi ki, o səhhətindəki problemlərlə əlaqədar bundan əvvəl hərbi xidmətə aparılmayıb, ona “sülh şəraitində hərbi xidmətə yararsız” olması barədə hərbi bilet verilib. Həyat yoldaşı iddia edirdi ki, onu peşə fəaliyyətinə görə cəzalandırmaqdan ötrü bu addımı atıblar: “Yoxsa ürəyində damar tıxanmasından, təzyiqdən əziyyət çəkən adamı qəfildən komissarlığa çağırıb, Naxçıvana göndərməyə nə ad vermək olar?”

Amma həmin vaxt ailəsinin bu açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı.

Polad Aslanov birillik hərbi xidmətini bu ilin aprelində başa vurub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG