Keçid linkləri

Təcili xəbərlər
2021, 12 İyun, şənbə, Bakı vaxtı 16:43

Polad Aslanovun aclıq aksiyasına başladığı bildirilir


P.Aslanov

Polad Aslanov xanımına zəng vurub

Həbsdə olan xeberman.com saytın rəhbəri Polad Aslanov bu gün, mayın 18-də başladığı aclıq aksiyasını dayandırdığını bildirib.

Bu barədə AzadlıqRadiosuna P.Aslanovun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib: "Polad zəng etmişdi. Bildirdi ki, cəzaçəkmə müəssisəsinin rəisi Emin Həsənov onu qəbul edib və tələblərinin təmin olunacağına söz verib. Polad Aslanov da aclıq aksiyasını dayandırıb".

Amma bu deyilənləri, hələlik, 1 saylı Cəzaçəkmə Müəssisəsindən və Penitensiar Xidmətdən dəqiqləşdirmək mümkün olmayıb.

+++

1 saylı Cəzaçəkmə Müəssisədə saxlanan məhbus Polad Aslanovun mayın 18-dən aclıq aksiyasına başladığı deyilir.

Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib: "Həyat yoldaşım Polad Aslanov 1 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Emin Həsənov tərəfindən daimi təzyiqlərə və qanunazidd qadağalara məruz qalır. Aclıq aksiyasına başladığı ilə bağlı yazılı ərizəsini də təqdim edib".

G.Aslanovanın deməsinə görə, Ombudsman Aparatına da məlumat verib. Onun vurğulamasına görə, P.Aslanova hamam və telefon qadağasi var.

Amma Ədliyyə Nazirliyi Penitensiar Xidməti mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov "Turan"a hər hansı aclıq aksiyasının keçirilmədiyini söyləyib. Onun vurğulamasına görə, P.Aslanova müəssisə rəhbərliyi, digər məhbuslara olduğu kimi, qanun çərçivəsində münasibət göstərir.

Xatırlatma

2020-ci ildə xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanov 16 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, P.Aslanov dövlətə xəyanətdə - İranın xüsusi xidmət orqanlarına casusluqda suçlu bilinib. Amma P.Aslanov özünü təqsirli bilmir, ittihamın da saxta olduğunu deyir. Onun sözlərinə görə, məhz rəhbərlik etdiyi saytda dərc edilən yazılara görə cəzalandırılıb.

XS
SM
MD
LG