Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 15:05

Amerikalı Pol Vilanı Rusiya həbsxanasında döyüblər


Pol Vilan
Pol Vilan

Rusiya məhkəməsi tərəfindən casusluqda ittiham olunaraq məhkum edilmiş ABŞ vətəndaşı Pol Vilanı Rusiya koloniyasında döyüblər.

Bunu Rusiya Federasiyası Cəzaların İcrası Xidməti bildirib.

Amerikalı artıq 2021-ci ildə zorakılığa məruz qaldığına görə şikayət etmişdi. O vaxt Rusiya rəsmiləri hadisəni danırdılar.

53 yaşlı keçmiş dəniz piyadası Mordoviyadakı sərt rejimli koloniyalardan birində saxlanır.

O özünə qarşı ittihamları rədd edir və ABŞ həbsxanalarında saxlanan rusiyalılardan biri ilə dəyişdirilməsini istəyir.

Koloniya administrasiyası onu cərimə təcridxanasına salmış, sonradan həbsxana xəstəxanasına keçirmişdi.

"Siyasi fikir ayrılığı"

Cəzaların İcrası Xidmətinin versiyasına görə Vilan başqa bir məhkum tərəfindən “siyasi fikir ayrılığı zəminində” döyülüb.

İddia olunur ki, həbsxana baxıcıları hücum edəni dərhal dayandırıblar, onu və Vilanı tibbi hissəyə gətiriblər.

Həbsxana feldşeri müayinədən sonra Vilanın göz nayihəsində qançır olduğunu təsdiqləyib.

Bundan əvvəl Vilanın döyülməsini onun qohumları xəbər vermişdilər. Məhkumun qardaşı Devidin sözlərinə görə son insident noyabrın 28-də həbsxananın tikiş emalatxanasında baş verib.

Bu dəfə Vilanın yeni kamera yoldaşı onun üzünə yumruq endirib və eynəyini sındırıb.

'Bu, dövlətçiliyə qarşı yönəlib' - ABŞ təhsilli müstəqil ekspertlər 'casus' damğasına etiraz edir
Gözlə

No media source currently available

0:00 0:05:20 0:00

“Anti-Amerika sentimenti”

Bu da qeyd olunur ki, Vilanın üzərinə hücumlar onun amerikalı olmasına görə baş verir.

Devid Vilan “Amerikanın səsi” radiosuna deyib ki, rusiyalı məhbuslar arasında anti-Amerika sentimenti nadir hal deyil.

AzadlıqRadiosu məhkumun özü tərəfindən yazılmış ərizə ilə tanış olub. Vilan ərizədə bildirir ki, “hücum nisbətən təhlükəsiz” olub. Lakin o ehtiyat edir ki, emalatxanada müxtəlif alətlərin saxlanması nəzərə alınarsa, burada daha ciddi hücumlar ola bilər.

Vilan 2018-ci ildə Moskvada həbs olunub. Məhkəmə ona 16 iş kəsib.

Onun özü və ABŞ hakimiyyəti məhkumun təqsirsiz olduğunda israr edirlər.

Ötən oktyabrda ABŞ-ın CNN telekanalı xəbər verirdi ki, Dövlət Departamenti onun azad edilməsi üçün Moskvaya “ciddi təklif” verib.

XS
SM
MD
LG