Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:47

Polşalı rahib 'Harry Potter' kitablarının yandırılmasına görə üzr istəyib


«Harry Potter» filmindən kadr
«Harry Potter» filmindən kadr

Polşanın şimalında rahiblər dindarların tələbi ilə bir qrup kitabı ictimaiyyət qarşısında yandırıblar. Onların arasında «Harry Potter» silsiləsindən kitablar da olub. Bu ictimai yandırmaya başçılıq edən rahib üzr istəyərək bildirib ki, mərasimin məqsədi ayrı-ayrı müəllifləri, din və ictimai qrupları hədəfə almaq olmayıb.

Rahib Rafal Jarosiewicz dindarların sehr və okkultizmlə əlaqəli saydığı əşyaların yandırılmasını pisləyərək, «uğursuz» hərəkət adlandırıb. O, çərşənbə axşamı günü özünün təsis etdiyi fondun Facebook səhifəsində açıq məktubunda insanlardan üzr istəyib.

Jarosiewicz və digər rahiblər bazar günü Qdansk şəhərində katolik kilsəsinin həyətində kitabları, buddist heykəlciklər, Afrika maskaları və digər əşyaları yandırdıqları üçün cəmiyyətin tənəsi ilə üzləşiblər. Onlar dindarlara onları narahat edən əşyaları gətirməyi tapşırdıqlarını, mənfi təsirləri yox edəcəklərini demişdilər.

Nələr yandırılıb

Şəhər hökuməti Jarosiewicz-i cərimələyib. Hava çirklənməsiylə mübarizə aparan bir qrupsa açıq alovda tullantıların yandırılması ittihamı ilə prokurorluğa şikayət edib.

Müqəddəs Katerina kilsəsinin Müqəddəs Ana Məryəm ziyarətgahında keçirilən yandırma mərasiminin rəsmləri «SMS z Nieba» (Səmadan SMS) fondu tərəfindən paylaşılıb. Bu fond Polşada dini işlərdə qeyri-konvensional üsullardan istifadə etməsi ilə tanınır.

Şəkillərdə alovun dilimləri arasında taxtadan hazırlanmış Afrika maskası, kiçik buddist heykəlciyi, fil heykəlcikləri, şəxsiyyət və cadu haqda kitablar və J.K.Rowling-in məşhur «Harry Potter» seriyasından olan kitablarını görmək olur. Bəzi dindar katoliklər və rahiblər «Harry Potter» kitablarının cadugərliyi təbliğ etdiyini düşünür.

Rahib Jarosiewicz fondun Facebook səhifəsində üzr istəyərkən şəkilləri pozduğunu da qeyd edib. «Şəkilləri pozduq ki, onlar daha çox emosiyalara yol açmasın. Bir daha dönə-dönə üzr istəyirəm», – o yazıb.

J.K.Rowling-in «Harry Potter» silsiləsindən kitabları kitab nəşri tarixində ən populyar bədii əsərlər kimi tanınıb. Onların bütün dünyada 500 milyondan artıq nüsxəsi satılıb.

Bəzi xristianlar bu nağılların cadu ətrafında qurulduğu fikrini inkar edirlər. Onlar öz arqumentlərini Harry Potter-in əslində Lord Voldemort-un simasında şərə qarşı mübarizə aparması ilə əsaslandırırlar.

Polşanın mühafizəkar Hüquq və Ədalət (PiS) hökuməti katolik dəyərlərini təbliğ edir. Katolik kilsəsi Polşa cəmiyyətində çox böyük nüfuza malikdir.

Kitab yandırma mərasimi ictimaiyyətin diqqətini həm də ona görə cəlb edib ki, son zamanlar Polşanın nüfuzlu katolik kilsəsi uşaqların pedofil rahiblər tərəfindən cinsi təcavüzə məruz qalmasına dair iddia və ifşalarla çarpışmaqdadır.

«Vəziyyət pisdir, cənablar»

Kitab yandırma mərasimini tənqid edənlərdən biri belə deyib: «Mən hələ Harry Potter adına zorlayan, öldürən və oğurlayan adam görməmişəm. Ancaq İncil adına bunu edənlər var. Vəziyyət pisdir, cənablar!».

Başqa bir tənqidçi isə alman şairi Heinrich Heine-dən sitat gətirib. Heine hələ 1823-cü ildə yazırdı: «Kitabların yandırıldığı yerdə axırda insanlar da yandırılacaq».

Ötən il ölkənin katolik yepiskoplarının konfransında 1990-cı ildən bəri 382 rahibin 625 azyaşlını cinsi təcavüzə məruz qoyması halının qeydə alındığı elan edilib.

Ötən həftənin çərşənbə günü Polşanın şərqində yerləşən Zamoş şəhərinin prokurorluğu region məhkəməsinə 30 yaşlarında olan bir rahiblə bağlı ittihamnamə göndərəcəyini bildirib. Həmin rahib ictimai paltardəyişmə otaqlarında və ayaqyolularında qız və qadınların videolarını çəkməkdə ittiham olunur.

Prokuror Artur Szykula «The Associated Press» agentliyinə rahibin günahını boynuna aldığını bildirib.

Rahib ötən ilin avqustunda Xorvatiyada paltardəyişmə otağında bir qızın videosunu çəkərkən yaxalanıb. Szykula-nın sözlərinə görə, bu işə artıq Xorvatiyanın Split şəhər məhkəməsində baxılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG