Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 20:45

Polşanın baş naziri: ‘Putinin stalinizmə haqq qazandırmasına baxmayaraq...’


Mateusz Morawiecki
Mateusz Morawiecki

Polşanın baş naziri Mateusz Jakub Morawiecki deyib ki, Iosif Stalinin siyasətindən ən çox əzab çəkən elə rus xalqı olub.

O bildirib ki, Rus xalqı totalitar ideologiyaların qəddarlığı barədə həqiqəti heç vaxt unutmamalıdır.

Morawiecki əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinin stalinizmə haqq qazandırmaq səylərinə baxmayaraq bu həqiqətləri unutmaq olmaz.

Polşanın baş naziri bu mülahizələrini öz saytında və rus dilində yerləşdirib.

Morawiecki-nin bu qeydləri Rusiya prezidentinin II Dünya Müharibəsinin başlanması səbəbləri ilə bağlı son vaxtlar verdiyi bir neçə bəyanatlarına cavab olub.

Putin özünün böyük mətbuat konfransında demişdi ki, Molotov-Ribbentrop paktı kimi tanınan sənədin imzalanması ilə bağlı məqalə dərc etmək niyyətindədir.

O bildirmişdi ki, bu məsələni MDB-nin sammitində bu təşkilatın üzvü olan ölkələrin başçıları ilə də müzakirə edib.

Putin öz çıxışı zamanı Polşanı Çexoslovakiyanı bölüşdürmək məqsədilə Hitlerlə əməkdaşlıqda ittiham etmişdi.

Putin Polşanın Berlindəki səfirini “antisemit donuz” adlandırmış və Sovet İttifaqının 1939-cu ildə Polşaya hərbi müdaxiləsinə haqq qazandırmışdı.

O qeyd etmişdi ki, həmin vaxt Polşa hökuməti faktiki olaraq ölkəni idarə edə bilmirdi.

Putinin bu şərhləri Polşanın kəskin etirazına, Rusiya cəmiyyətində isə qızğın mübahisələrə səbəb olmuşdu.

Putin və stalinizm (kollaj)
Putin və stalinizm (kollaj)

Dekabrın 30-da verdiyi bəyanatda Morawiecki bildirib ki, Rusiya prezidenti Polşaya böhtan atır və Moskva adətən onun üzərinə təzyiq göstəriləndə belə edir.

Rusiyadakı Levada mərkəzinin apreldə apardığı sorğuya görə rusiyalıların 70 faizi Stalinin tarixdəki rolunu müsbət qiymətləndirir.

Eyni rəy sorğusu göstərmişdi ki, rusiyalıların az qala yarısı repressiyalara haqq qazandırmağa hazırdır.

Bu, son onilliklərin ən yüksək rəqəmidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG